Əsas Səhifə > İdman > Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki mümkün rəqibi bilinir
Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki mümkün rəqibi bilinir7-08-2023, 09:23 |
|
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olacaq. Bu raundda 20 komanda ümumilikdə 10 cütlük təşkil edəcək. Pley-off mərhələsinin görüşləri 24-31 avqustda keçiriləcək. Avropa Liqası Pley-off mərhələsi 1-ci qrup “Ayaks” (Niderland) LASK (Avstriya) “Aberdin” (Şotlandiya) “Çukariçki” (Serbiya) “Zorya” (Luqansk, Ukrayna) “Union” (Belçika) 2-ci qrup “Rakuv” (Polşa) / “Aris” (Limasol, Kipr) cütünün məğlubu “Slovan” (Slovakiya) / “Makkabi” (Hayfa, İsrail) cütünün məğlubu AEK (Yunanıstan) / “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün məğlubu “Olimpiya” (Sloveniya) / “Qalatasaray” (Türkiyə) cütünün məğlubu “Kopenhagen” (Danimarka) / “Sparta” (Praqa, Çexiya) cütünün məğlubu “Klaksvik” (Farer adaları) / “Molde” (Norveç) cütünün məğlubu 3-cü qrup “Jalgiris” (Litva) / “Haken” (İsveç) cütünün qalibi “Qarabağ” (Azərbaycan) / HİK (Finlandiya) cütünün qalibi “Jrinski” (Bosniya və Herseqovina) / “Breydablik” (İslandiya) cütünün qalibi “Şerif” (Moldova) / BATE (Belarus) cütünün qalibi “Astana” (Qazaxıstan) / “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi 4-cü qrup “Luqano” (İsveçrə) “Olimpiakos” (Yunanıstan) / “Genk” (Belçika) cütünün qalibi “Slaviya” (Praqa, Çexiya) / “Dnepr-1” (Ukrayna) cütünün qalibi Rubrika.Az Geri qayıt |