Əsas Səhifə > Dünya > Kadırov müharibə zonasında taktikanın dəyişdiyini açıqlayıb...

Kadırov müharibə zonasında taktikanın dəyişdiyini açıqlayıb...


8-08-2023, 10:23
Kadırov müharibə zonasında taktikanın dəyişdiyini açıqlayıb...

Çeçenistanın rəhbəri Ramzan Kadırov respublikanın hüquq-mühafizə orqanlarının komandirləri ilə görüşüb...

Çeçenistanın rəhbəri Ramzan Kadırov respublikanın hüquq-mühafizə orqanlarının komandirləri ilə görüşündə hərbi əməliyyatlar zonasında hərbi əməliyyatların taktikasının və döyüşün aparılması şərtlərinin dəyişdiyini bildirib.

Rubrika.Az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinin məlumatında bildirilir. Məlumatda qeyd edilir ki, Ramzan Kadırov bu məsələni çeçen bölmələrinin maddi-texniki bazasının yenilənməsi kontekstində müzakirə edib. Çeçenistan rəhbəribildirib ki, əgər müharibənin əvvəlində ağır hərbi texnikaya ehtiyac barədə sual yaranırdısa, indi “vəziyyət əksinədir”.

“Bu, taktika və döyüş şəraitinin dəyişməsi ilə bağlıdır. Görülən operativ tədbirlər sayəsində bölmələrimizin müraciətlərinə operativ cavab verə bilirik”, deyə Kadırov Telegram kanalında görüşün yekunlarına dair yazıb.

Çeçenistan rəhbərinin sözlərinə görə, cəbhə xəttində vəziyyət sabitdir.

“Çeçenistan Respublikası Ali Baş Komandan Vladimir Putinin xüsusi hərbi əməliyyat keçirmək təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub. Biz Rusiya cəmiyyətinə sübut etdik ki, biz böyük dövlətin tərkib hissəsiyik və onun təhlükəsizliyini döyüş meydanında təmin etməyə hazırıq”, deyə Kadırov əlavə edib.

Rubrika.Az
Geri qayıt