Əsas Səhifə > Dünya > Ukraynanın iki PUA-sı Kurska yaxınlaşarkən vurulub

Ukraynanın iki PUA-sı Kurska yaxınlaşarkən vurulub


11-08-2023, 10:35
Ukraynanın iki PUA-sı Kurska yaxınlaşarkən vurulub

Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı (PUA) Rusiya Federasiyasının Kurs vilayətinə yaxınlaşarkən vurulub.

Rubrika.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə vilayət qubernatoru Roman Starovoyt özünün “Telegram” kanalında məlumat verib.

“Dünən saat 23:00 (Bakı vaxtı ilə 00:00-da – red.) radələrində hava hücumundan müdafiə qüvvələri Kurska gedən iki Ukrayna PUA-sını vurublar”, - deyə o yazıb.

Hadisə ilə bağlı başqa təfərrüat verilmir.

Rubrika.az
Geri qayıt