Əsas Səhifə > Gündəm > Dövlət Gömrük Komitəsinin Akademiyasında 121 min manatlıq forma "alış-veriş"i - TƏFƏRRÜAT
Dövlət Gömrük Komitəsinin Akademiyasında 121 min manatlıq forma "alış-veriş"i - TƏFƏRRÜAT11-08-2023, 10:53 |
![]() Dövlət Gömrük Komitəsinin Akademiyasının “Tələbələr üçün xüsusi geyim formalarının satın alınması” ilə bağlı elan etdiyi tender başa çatıb. RUBRİKA.AZ 32gun.az-a istinadla xəbər verir ki, tenderin qalibi “ÖZAKTEKS TEKSTİL TRİKOTAJ” MMC olub. Tərəflər arasında 124.446,34 AZN-lik müqavilə imzalanıb. Tenderə qadın və kişi üçün pencəklər, qış şalvarları, köynəklər, gödəkçə, yay T-shirtləriın və şalvarların tikilməsi daxildir. Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan “ÖZAKTEKS TEKSTİL TRİKOTAJ” MMC-nin qanuni təmsilçisi Elsevər Baxışov Zahir oğludur. Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, Gömrük xidməti general-mayoru Qulu Novruzovdur. Rubrika.az Geri qayıt |