Əsas Səhifə > Siyasət > Ərdoğan Macarıstana səfər edəcək
Ərdoğan Macarıstana səfər edəcək11-08-2023, 22:00 |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə avqustun 20-də Budapeştə səfər edəcək. Məlumata görə, görüşdə təhlükəsizlik və iqtisadi məsələlər müzakirə olunacaq. Bildirilir ki, tərəflər ilin sonunda Budapeştdə keçiriləcək Macarıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasını hazırlamağı planlaşdırırlar. Qeyd edək ki, Türkiyə Prezidenti sonuncu dəfə 2019-cu ilin noyabrında Budapeştə rəsmi səfər edib. RUBRIKA.AZ Geri qayıt |