Əsas Səhifə > Manşet > Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO


13-08-2023, 20:51
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

Avqustun 13-də saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Rubrika.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb”, - Nazirlikdən qeyd edilib.



Rubrika.az
Geri qayıt