Əsas Səhifə > Dünya > Ukraynalı diplomat Göyçə gölündə boğuldu
Ukraynalı diplomat Göyçə gölündə boğuldu14-08-2023, 10:20 |
|
Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə boğulub. Erməni KİV-in məlumatına görə, avqustun 13-də axşam saatlarında Göyçə gölünün ikinci ictimai çimərliyində növbətçi xilasedicilər sahildən 25 metr aralıda çimərkən gözdən itən vətəndaşı görüblər. Xilasedicilər kişini təxminən 1,5 m dərinlikdən çıxara biliblər və onu qayıqla sahilə gətiriblər. Ancaq təcili yardım işçiləri onun artıq öldüyünü təsdiqləyiblər. Sonradan ölən şəxsin Ukraynanın Ermənistandakı səfirinin müşaviri olduğu müəyyən edilib. Rubrika.az Geri qayıt |