Əsas Səhifə > Gündəm > Bu yolun tikintisi üçün 11,9 milyon manat ayrıldı - Sərəncam
Bu yolun tikintisi üçün 11,9 milyon manat ayrıldı - Sərəncam14-08-2023, 17:29 |
|
Prezident İlham Əliyev Beyləqan rayonunun Allahyarlı–Qəhrəmanlı–Gödəklər–Bünyadlı–Sarısu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Rubrika.Az xəbər verir ki, Sərəncama əsasən, on altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Allahyarlı–Qəhrəmanlı–Gödəklər–Bünyadlı–Sarısu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.4-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,9 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Rubrika.Az Geri qayıt |