Əsas Səhifə > Cəmiyyət > Bakıda 40, bəzi rayonlarda 42 dərəcə isti olacaq - Sabahın havası
Bakıda 40, bəzi rayonlarda 42 dərəcə isti olacaq - Sabahın havası14-08-2023, 17:44 |
![]() Sabah temperatur Bakıda 40, bəzi rayonlarda 42 dərəcəyədək yüksələcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40° isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 18-23° isti, gündüz 28-33° isti olacaq. Rubrika.Az Geri qayıt |