Əsas Səhifə > Səhiyyə > ÜST: Dünyada COVID-19-a yoluxma halları artmağa başlayıb

ÜST: Dünyada COVID-19-a yoluxma halları artmağa başlayıb


18-08-2023, 09:39
ÜST: Dünyada COVID-19-a yoluxma halları artmağa başlayıb

İyulun 17-dən avqustun 13-dək dünyada 1 milyon 400 mindən çox insan koronavirusa yoluxub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Həmçinin bildirilir ki, yuxarıda qeyd olunan müddət ərzində 2 300-dən çox insan COVID 19-dan dünyasını dəyişib.

ÜST bəyan edir ki, mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19 infeksiyası dünyada əsas təhlükə mənbəyi olaraq qalmaqdadır.

Bununla əlaqədar olaraq təşkilat ölkələri diqqətli olmağa, mütəmadi müşahidə və hesabat aparmağa, yüksək riskli qrupları peyvəndlə təmin etməyə, ventilyasiyanı yaxşılaşdırmağa çağırıb.

Rubrika.az
Geri qayıt