Əsas Səhifə > Dünya > Ukraynanın əks-hücumu gözlənildiyindən də ağır keçir...
Ukraynanın əks-hücumu gözlənildiyindən də ağır keçir...21-08-2023, 14:47 |
|
Hər kəs Ukraynanın Rusiyanın mövqelərinə qarşı əks-hücumunun ağır olacağını gözləyirdi. Amma əks-hücum bəlkə də gözlənildiyindən də ağır oldu... RURİKA.AZ xəbər verir ki. bu barədə Washington Post qəzetinin məlumatında bildirilir. Qəzet yazır ki, Amerika kəşfiyyat xidmətlərinin yeni qiymətləndirməsi çox yüksək səviyyədə olmasa da, hələ də formalaşmaqda olan konsensusu əks etdirir. WP yazır ki, bu üzdən ABŞ rəsmiləri və onların avropalı həmkarları Ukraynanın əks-hücumunun nəyə nail ola biləcəyi barədə getdikcə ehtiyatlı davranırlar. “Bir neçə ay əvvəl bu hücumun uzun, qanlı və yavaş olacağını söyləmişdim. Mən bildirmişdim ki, uzun, qanlı və yavaş inkişafa sahib çox çətin bir döyüş olacaq və indi də məhz bu baş verir”, deyə ABŞ Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli WP -yə bildirib. WP qeyd edir ki, hərbi əməliyyatların atəşkəsə çevrilməsi riskinin qarşısını almaq üçün ən güclü təminatlar lazımdır. Ukraynanın NATO və Aİ-yə üzvlük üçün aydın, konstruktiv və qısa yol təmin edilməlidir. Nəşrə görə Kiyevin tam diplomatik qələbəsi, tam hərbi qələbənin olmamasını kompensasiya edə bilər. RUBRİKA.AZ Geri qayıt |