Əsas Səhifə > Cəmiyyət > Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - Siyahı
Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - Siyahı24-08-2023, 11:43 |
|
İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq... Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə 349 şagird təhsil alacaq. Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə isə 314 məktəbli oxuyacaq. Bununla yanaşı, Laçında da iki məktəbin açılması nəzərdə tutulub - Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi. 2 nömrəli məktəbdə 227, Zabux kənd məktəbində isə 147 şagirdin oxuyacağı bildirilir. Qeyd edək ki, Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb. Rubrika.Az Geri qayıt |