Əsas Səhifə > Müsahibə > Baş nazir: Rusiyanın təsir dairələri yaratmaq cəhdlərinə son qoyulmalıdır...

Baş nazir: Rusiyanın təsir dairələri yaratmaq cəhdlərinə son qoyulmalıdır...


28-08-2023, 16:07
Baş nazir: Rusiyanın təsir dairələri yaratmaq cəhdlərinə son qoyulmalıdır...

Çexiyanın Baş naziri Petr Fiala bəyan edib ki, Rusiyanın öz təsir dairəsini yenidən yaratmaq cəhdlərini dayandırmaq lazımdır, əks halda bu, təkcə Putin rejimini deyil, digər təcavüzkarları da həvəsləndirəcək...

Rubrika.Az xəbər verir ki, bu barədə Petr Fiala Çexiya səfirlərinin görüşündə bildirib.

Onun sözlərinə görə, münaqişənin tezliklə həlli şansları kiçik olub və getdikcə kiçilir, çünki Rusiya təcavüzünün nəticələri çoxdur və onlar da müəyyən dərəcədə əsəbiliyə səbəb olur:

"Bir çox analitiklərin fikrincə, dalana dirənmək təhlükəsi və dondurulmuş münaqişə reallığı var. Məncə, bu, yeganə ssenari deyil, amma biz də bunu yadda saxlamalı və strategiyalarımızda bu barədə düşünməliyik".

O, Rusiyanın imperiya siyasətinin Çexiyanın təhlükəsizliyinə ən böyük təhdid olduğunu, lakin Çinin hərəkətləri ilə bağlı ayıq-sayıqlığa da ehtiyac olduğunu bildirib. Baş nazir xatırladıb ki, Çin Ukraynadakı münaqişəni də öz ambisiyaları ilə izləyir.

Petr Fiala vurğulayıb ki, Çexiya Ukraynaya mülki və hərbi yardımı davam etdirməli, ölkənin müharibədən sonrakı bərpasına hazırlaşarkən onun Avropa İttifaqı və NATO-ya inteqrasiyasını dəstəkləməlidir:

“Rusiyanın təsir dairələrini yenidən yaratmaq cəhdlərinə son qoyulmalıdır, əks halda bu, təkcə Rusiya prezidenti Vladimir Putin rejimini deyil, digər təcavüzkarları da həvəsləndirəcək”.

Rubrika.Az
Geri qayıt