Əsas Səhifə > Bölgə > FHN Kürdəmirdəki zəlzələ ilə bağlı məlumat yayıb

FHN Kürdəmirdəki zəlzələ ilə bağlı məlumat yayıb


4-09-2023, 09:54
FHN Kürdəmirdəki zəlzələ ilə bağlı məlumat yayıb

FHN məlumat yayıb...

FHN Kürdəmirdəki zəlzələ ilə bağlı məlumat yayı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 03.09.2023-cü il tarixində yerli vaxtla saat 20:38 dəqiqədə Kürdəmir stansiyasından 14 km cənubda, Kürdəmir rayonu ərazisində 50 km dərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Poliqon xəbər verir ki, zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Rubrika.Az
Geri qayıt