Əsas Səhifə > Dünya > “Türkiyənin narahatlıqlarının aradan qaldırılması vacibdir“ - Britaniya XİN

“Türkiyənin narahatlıqlarının aradan qaldırılması vacibdir“ - Britaniya XİN


14-09-2023, 10:36
“Türkiyənin narahatlıqlarının aradan qaldırılması vacibdir“ - Britaniya XİN

Böyük Britaniya İsveçin NATO-ya daxil olması üçün Türkiyənin narahatlıqlarına dair problemlərin qısa zamanda aradan qaldırılmasını vacib hesab edir.

Bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Ceyms Kleverli Ankarada türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi görüşün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, İsveçin NATO-ya daxil olması alyans üçün güc artımı olacaq və krallıq mövcud problemlərin həllində dəstək verməyə hazırdır.(APA)

Rubrika.Az
Geri qayıt