Əsas Səhifə > İdman > Tomas Müller Ronaldu və Kasilyasın uğurunu təkrarladı
Tomas Müller Ronaldu və Kasilyasın uğurunu təkrarladı21-09-2023, 15:00 |
|
Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda İngiltərə “Mançester Yunayted”i ilə matç Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Tomas Müller üçün xüsusi olub. Münhen təmsilçisinin saytının yaydığı məlumata görə, 34 yaşlı hücumçu turnirdə 100-cü qələbəsini qazanıb. Almaniyalı futbolçu ÇL-in tarixində bu saya çatmağı bacaran üçüncü futbolçu olub. Daha əvvəl Kriştianu Ronaldu (115) və İker Kasilyas (101) Çempionlar Liqasında 100 qələbə səddini keçə biliblər. Qeyd edək ki, Müller komandasının 4:3 qalib gəldiyi qarşılaşmanın 87-ci dəqiqəsində meydana çıxıb. Rubrika.az Geri qayıt |