Əsas Səhifə > Müsahibə > Ərdoğan: "Naxçıvan Azərbaycanla əlaqələrimizdə mühüm yer tutur"
Ərdoğan: "Naxçıvan Azərbaycanla əlaqələrimizdə mühüm yer tutur"26-09-2023, 09:57 |
|
"Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyətlə bu gün də Azərbaycanla əlaqələrimizdə mühüm yer tutur". "Report"un Naxçıvana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Azərbaycan Preizdenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən bildirib. O qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib: "Azərbaycanlı qardaşlarımızın Türkiyədə baş verən zəlzələ ilə bağlı göstərdikləri dəstəyi heç zaman unutmayacağıq". Türkiyə Prezidenti deyib ki, Naxçıvan iqtisadiyyat, enerji xətləri baxımından böyük potensiala malikdir: “Xəzərdən keçən Orta Dəhlizin önəmi koronavirus pandemiyası və bölgəmizdəki savaşlar zamanı daha da artıb. İğdır-Naxçıvan kəməri bölgənin də enerji təhlükəsizliyinə böyük töhfə verəcək”. O, Qars-Naxçıvan dəmir yolu ilə bağlı niyyət protokolunun əhəmiyyətini vurğulayıb. RUBRİKA.AZ Geri qayıt |