Əsas Səhifə > Bölgə > Arvadını qətlə yetirən ər özünü güllələdi - Yevlaxda dəhşət

Arvadını qətlə yetirən ər özünü güllələdi - Yevlaxda dəhşət


28-09-2023, 10:07
Arvadını qətlə yetirən ər özünü güllələdi - Yevlaxda dəhşət

Yevlax rayonunda kişi həyat yoldaşını ürəyindən bıçaqlayaraq qətlə yetirib, daha sonra özünə odlu silahdan atəş açaraq intihara cəhd edib...

Hadisə rayonun Tanrıqullar kəndində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini olan, 1963-cü il təvəllüdlü Zinyət Əyyüb qızı Zamanova 2 bıçaq xəsarəti ilə qətlə yetirilib. Bıçaq zərbələrindən biri onun ürək nahiyəsinə dəyib.
İntihara cəhd edən kişi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt