Əsas Səhifə > Dünya > Konqresmenlər Ukraynaya yardım üçün olan iki düzəlişi rədd ediblər

Konqresmenlər Ukraynaya yardım üçün olan iki düzəlişi rədd ediblər


28-09-2023, 10:33
Konqresmenlər Ukraynaya yardım üçün olan iki düzəlişi rədd ediblər

ABŞ Konqresinin Nümayəndələr Palatası öz iclasında müdafiə büdcəsi layihəsinə Amerikanın Ukraynaya maliyyə yardımının azaldılmasını nəzərdə tutan iki düzəlişi təsdiq etməyib...

Rubrika.Az xəbər verir ki, düzəlişlərdən birinin müəllifi Florida ştatından olan respublikaçı konqresmen Mett Qets olub. Siyasətçi növbəti maliyyə ilində (2023-cü il oktyabrın 1-dən başlayır) Kiyevə hərbi yardım üçün ABŞ büdcəsindən vəsaitin ayrılmasını tamamilə dayandırmağı təklif edib. Təşəbbüsü Nümayəndələr Palatasının 93 üzvü dəstəkləsə də, 339 konqresmen Qetsin təklifinin əleyhinə səs verib.

ABŞ-ın Ukraynaya ayırdığı maliyyəni kökündən azaltmaq üçün daha bir təklifi Arizonadan Nümayəndələr Palatasında oturan Respublikaçılar Partiyasının digər nümayəndəsi Endi Biqs verib. Parlamentari Ukrayna əsgərlərinin təlimi və Ukrayna Silahlı Qüvvələri üçün silahların alınması üçün Pentaqonun fondundan 300 milyon dollar ayrılmasını təklif edib. Biqsin təklifi 330 əleyhinə səslə rədd edildi, 104 qanunverici lehinə səs verdi.

Həmçinin həmin iclas zamanı konqresmenlər bir neçə respublikaçı tərəfindən Amerika kasetli sursatlarının Ukraynaya tədarükünü qadağan edən başqa bir düzəlişi rədd etdilər.

Rubrika.Az
Geri qayıt