Əsas Səhifə > Cəmiyyət > Yarım milyon manatı mənimsəyən direktor yenidən hakim qarşısında
Yarım milyon manatı mənimsəyən direktor yenidən hakim qarşısında2-10-2023, 09:38 |
|
Bakıda külli miqdarda mənimsəmədə təqsirləndirilən sahibkar Tural Heydərlinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 4-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, mağaza direktoru Tural Sahib oğlu Heydərli barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. O, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir. Rubrika.az Geri qayıt |