Əsas Səhifə > Müsahibə > Aİ artıq Ukraynanı ehtiyatlarından silahla təmin edə bilmir - "Politico"
Aİ artıq Ukraynanı ehtiyatlarından silahla təmin edə bilmir - "Politico"3-10-2023, 18:11 |
|
Ukrayna tərəfdaşları ilə birgə silah istehsalını sürətləndirməyə çalışır, belə ki, tərəfdaşlarının öz təhlükəsizliklərinə xələl gətirmədən təmin edə biləcəkləri silahları tükənir. Rubrika.az xəbər verir ki, bu barədə "Politico” mənbələrə istinadən yazır. Nəşr yazır ki, cümə günü, sentyabrın 29-da Kiyevdə keçirilən Müdafiə Sənayesi Forumunda əsas "mesaj” aydın olub: "Ukrayna biznes üçün açıqdır”. Qeyd olunur ki, bu qərarın Ukraynanın "bəzi tərəfdaşlarının silah ehtiyatlarının tükəndiyini aşkar etməsi” və maliyyə yardımının "daha diqqətli” ayrılması ilə bağlı olduğu iddia edilir. Adının açıqlanmasını istəməyən bir avropalı məmur bildirib ki, tərəfdaş ölkələr öz ehtiyatlarından silah verməyə davam edə bilməyəcəklər, belə ki, o, "öz təhlükəsizliklərinə xələl gətirmədən" əllərindən gələn hər şeyi təmin etdiklərini bildirib. O əlavə edib ki, buna baxmayaraq, Rusiyanın təcavüzünə qarşı çıxan Ukraynaya hələ də "güclü ictimai və siyasi dəstək” var. ABŞ prezidenti Co Bayden administrasiyasındakı bir məmur həmçinin əlavə edib ki, 18 aylıq intensiv müharibədən sonra Avropa ehtiyatları azalır, baxmayaraq ki, ölkələrin "daha çox həll yolu tapmaq" üçün birlikdə işləyə biləcəyinə "artan ümidlər" var. "Əgər tərəfdaşlarımız bununla bağlı heç nə etməsəydilər, biz narahat olardıq. Lakin bütün dünyada birgə işləmək və sənaye bazalarımızı gücləndirmək istəyi var”, - mənbə Politico-ya bildirib. RUBRIKA.AZ Geri qayıt |