Əsas Səhifə > Manşet > Prezident İlham Əliyev Xankəndidə separatizmi, TƏBİB isə səhiyyədə rüşvət"xəstəliyini" amputasiya etdi - Vüqar Qurbanovun komandası...
Prezident İlham Əliyev Xankəndidə separatizmi, TƏBİB isə səhiyyədə rüşvət"xəstəliyini" amputasiya etdi - Vüqar Qurbanovun komandası...9-10-2023, 09:17 |
|
Azərbaycan səhiyyəsi elə bir xəstəliyə yoluxmuşdu ki, koronavirus bəlası kimi həm gözəgörünməz,həm də dağıdıcı idi. Heç bir təbib onun dərdinə dərman ola bilmirdi: xəstəxanaların qapısındakı gözətçidən başlayıb ta yuxarıya qədər pul paylamaq kimi bir epidemiya yayılmışdı. Həqiqətən də "Parni iz Baku"nun məşhur səhnəciyinə bənzəyirdi tibb müəssisələrimiz. O zaman belə idi ki, gərək ağxalatlıları "görəydin", əli cibində olmayan xəstə, yaxud yaxını heç kimdən şəfqət gözləməməli idi. Pulun da yoxdursa, kənddən gələn çolpadan, hinduşkadan gətirə bilərdi. Doğurdan da "vosmoy" bazarına oxşayırdı xəstəxanalarımız. Və insanların tam inamı sarsılmışdı ki, heç vaxt səhiyyə xidməti düzələn deyil. Kimdən soruşsaydın, deyəcəkdi ki, qozbeli qəbir düzəldər, bizim səhiyyəni isə heç o da düzəltməz. Yəni qanqrena və ya metastaz vermiş kimiydi tibb xidməti. Ona görə təbibi olmayan bir rüşvət xəstəliyi yayılmışdı. Amma elə bir inqilabi dəyişiklik baş verdi ki, TƏBİB hər kəsin dərdinə təbib oldu. Xalqın ölkə səhiyyəsinə, həkiminə, dövlətin səhiyyə siyasətinə inamı qayıtdı. Bu gün TƏBİB sağlam reputasiyası olan qurumdur. Çünki idarəçilik sağlam əllərdədir. Bu gün başda TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov olmaqla, müavinləri Araz Nəsirov və Anar İsrafilov bu sahədə xariqələr yaradır, mükəmməl sistem qurur, tam şəffaf vəziyyət formalaşır, bütün eybəcərliklər, qüsurlar, illərlı mövcud olmuş neqativlərə son qoyulur. Çünki bu üçlük - Qurbanov, İsrafilov və Nəsirov böyük ürəklə, həvəslə işə yanaşır. Məhz bunun nəticəsidir ki, vətəndaşların xəstəxanalara, həkimlərə etibarı yaranıb. Artıq qapıda gözləmə, süründürməçilik, rüşvət, səhlənkarlıq, laqeydlik halları yoxdur. Bu həm də dövlətin, ölkə rəhbərliyinin göstərişlərinin icrası deməkdir. Prezident Vüqar Qurbanovdan və onun komandasından görmək istədiyi bir idarəçilik effektini almaqdadır. Çünki səhiyyəmiz TƏBİB olana qədər ən gözdəndüşmüş, sallaqxanaya oxşayan bir yer idi. İndisə TƏBİB rəhbərliyi həm rüşvət xəstəliyinin tam amputasiya edərək sağlam fəaliyyət ortaya qoymaqdadır, həm də sözün obrazlı mənasında Qarabağda "separatizm xəstəliyi"ni müalicə etməkdədir. Çünki yuxu kimi görünsə də, artıq Xankəndidə TƏBİB-in tabeliyində olan poliklinika erməni sakinlərə tibbi xidmət göstərir, müayinə edir. Bu isə ermənilərin illərlə zehniyyətində olan xəstə təfəkkürü, Azərbaycana düşmən, nifrət münasibəti dəyişir. TƏBİB-in həkimləri, tibb işçiləri onlara qayğı göstərməklə həm də beyinlərdə olan xəstə düşüncəni müalicə edirlər. Artıq onlar görürlər ki, biz bu ölkədə heç bir kəsə milli kimliyinə görə fərq qoymuruq. Bax, bu mənada TƏBİB-in Xankəndidə fəaliyyəti də olduqca xoş bir mənzərədir. Bizim oradakı tibb işçilərimiz böyük ürək sahibidirlər. Bu həm də Vüqar Qurbanovun yaratdığı sistemin nəticələridir. Onu da deyək ki, artıq müqavilə bağlanan tibbi mərkəzlərinin sayı 140-a çatıb. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bundan başqa, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində aldığınız tibbi xidmətlərin keyfiyyətini “e-Tabib” mobil tətbiqi vasitəsi ilə qiymətləndirə bilərsiniz. Belə ki "e-Tabib” mobil tətbiqi vasitəsi ilə 2023-cü ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki tibb müəssisələri Mərkəzi Neftçilər Xəstəxanası orta hesabla 4.6, Yeni Klinika orta hesabla 4.5, Bakı Baş Səhiyyə Mərkəzi, Sumqayıt Tibb Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanası isə orta hesabla 4.4 bal ilə qiymətləndirilib. Qiymətləndirmədə iştirak edənlərin ümumi sayı 7 812 olub. Onlardan 4 471-i Bakı Baş Səhiyyə Mərkəzində, 1 276-sı Sumqayıt Tibb Mərkəzində, 832-si Abşeron Rayon Mərkəzi Xəstəxanasında, 772-si Mərkəzi Neftçilər Xəstəxanasında, 461-i isə Yeni Klinikada aldığı tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsində iştirak edib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən ak. Mirqasımov adına RKX tibbi avadanlıqların yenilənməsi, həkimlər tərəfindən mükəmməl tibbi xidmətlər ən yüksək səviyyədə aparılır. Beləliklə fəaliyyət göstərən dövlət tibb müəssisələrində müraciət tarixçənizlə tanış olmaq üçün “e-Tabib” mobil tətbiqini yükləməyiniz kifayətdir. Bir sözlə, TƏBİB sağlam, saat kimi işləyən orqanizm kimidir - yenilənir və inkişaf edir... Həmidəxanım Vəliyeva Rubrika.Az Geri qayıt |