Əsas Səhifə > Dünya > Fransa və İspaniya Aİ-nin Fələstinə yardımının dayandırılmasına qarşıdır

Fransa və İspaniya Aİ-nin Fələstinə yardımının dayandırılmasına qarşıdır


10-10-2023, 16:10
Fransa və İspaniya Aİ-nin Fələstinə yardımının dayandırılmasına qarşıdır

İspaniya höküməti Aİ-nin Fələstinə yardımının dayandırılması təklifinə qarşıdır.

Bunu İspaniyanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Xose Manuel Albares bildirib.
"Bu əməkdaşlıq davam etməlidir, biz Aİ-nin terrorçu qruplar siyahısında olan HƏMAS-ı Fələstin əhalisi, Fələstin Administrasiyası və ya yerdəki BMT təşkilatları ilə qarışdıra bilmərik", - Albares İspaniya radiosuna müsahibəsində deyib.
O əlavə edib ki, Fələstinin yaxın gələcəkdə daha çox yardıma ehtiyacı olacaq.
Onun fikirlərini Fransa Xarici İşlər Nazirliyi də dəstəkləyib və bu gün səhər saatlarında bəyanat yayıb: "Biz Fələstin xalqına birbaşa fayda verən yardımın dayandırılmasını dəstəkləmirik və bunu dünən Avropa Komissiyasına açıqladıq".
Xatırladaq ki, Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Vargeliн HƏMAS-ın İsrailə qarşı apardığı müharibəyə görə Fələstinə bütün yardımlarını dayandıracağını bildirib.
Vargeliy aydınlaşdırıb ki, söhbət bütün cari ödənişlərin və 2023-cü il üçün yeni büdcə təkliflərinin dayandırılmasından, həmçinin Fələstinlə birgə layihələrin dondurulmasından gedir.
Daha əvvəl Fələstinə yardımın dayandırlması qərarı Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Svenya Şultse tərəfindən açıqlanıb.


Rubrika.Az
Geri qayıt