Əsas Səhifə > Təhsil > Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesi başlanır
Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesi başlanır23-10-2023, 09:01 |
|
Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir... Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də oktyabrın 23–31-i tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq. Rubrika.Az Geri qayıt |