Əsas Səhifə > Cəmiyyət > Vətəndaşların polisə təhvil verdiyi silahların sayı açıqlandı
Vətəndaşların polisə təhvil verdiyi silahların sayı açıqlandı6-11-2023, 13:00 |
|
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar könüllü olaraq polisə silah-sursat təhvil verib. RUBRİKA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, noyabrın 4-də və 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd "AK” markalı avtomat, 2 patron darağı, 1 ədəd qumbara, 3 ədəd təlim qumbara alışdırıcısı, 286 ədəd müxtəlif çaplı patron və 25 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər. RUBRİKA.AZ Geri qayıt |