Əsas Səhifə > Təhsil > Məktəblərdə neçə gün payız tətili olacaq? - Nazirlik açıqladı
Məktəblərdə neçə gün payız tətili olacaq? - Nazirlik açıqladı13-11-2023, 10:01 |
|
Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır. Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr – 5 gün olmaqla əhatə edir”, deyə nazirlik qeyd edib. Rubrika.Az Geri qayıt |