Əsas Səhifə > Dünya > HƏMAS girovlarla bağlı danışıqları dayandırdı - "Reuters"
HƏMAS girovlarla bağlı danışıqları dayandırdı - "Reuters"13-11-2023, 10:38 |
|
Fələstinin HƏMAS qruplaşması Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə bağlı danışıqları dayandırıb. Rubrika.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi noyabrın 13-nə keçən gecə Fələstin rəsmisinin sözlərinə istinadən məlumat yayıb. Noyabrın 12-də girovlarla bağlı danışıqlardan xəbəri olan bir fələstinli rəsmi bildirib ki, HƏMAS İsrailin "Əl-Şifa” xəstəxanasına qarşı olan rəftara görə danışıqları dayandırıb. Qəzzanın ən böyük xəstəxanası olan "Əl-Şifa” anklavdakı vəziyyətə görə fəaliyyətini dayandırdlğınə bildirib. Fələstinin WAFA xəbər agentliyi yazıb ki, noyabrın 3-də İsrail aviasiyasının "Əl-Şifa” xəstəxanasının əsas girişinə endirdiyi zərbələr nəticəsində onlarla insan həlak olub və yaralanıb. İsrail ordusu noyabrın 10-da axşam saatlarında yeni doğulan körpələrin təxliyyə edilməsini təklif etdiyini və xəstəxananın girişinə 300 litr yanacaq qoyduğunu, lakin bu təkliflərin HƏMAS tərəfindən əngəlləndiyini bildirib. Rubrika.Az Geri qayıt |