Əsas Səhifə > Manşet > Mirsaleh Seyidov işinin general-mayorudur - Penitensiar Xidmət rəisinə təbrik mesajı

Mirsaleh Seyidov işinin general-mayorudur - Penitensiar Xidmət rəisinə təbrik mesajı


23-11-2023, 10:46
Mirsaleh Seyidov işinin general-mayorudur - Penitensiar Xidmət rəisinə təbrik mesajı

Məlum olduğu kimi, Prezident İlham Əliyev ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ali rütbə verib. Sözsüz ki, bu ali təltif təqdirəlayiq bir diqqətdir. Eyni zamanda, M.Seyidov bu rütbəyə layiq və onu haqq edən bir Xidmət rəisidir. Çünki illərlə ədliyyə sistemində müstəsna xidmətləri olub, işinin peşəkarıdır və fəaliyyəti ilə hər zaman seçilib. Üstəlik, gözə girmədən, öz işini reklam etmədən dövlətə, vətənə xidmət göstərib. Bu baxımdan həm təvazökar biri olan, həm sadəliyi, səmimiliyi ilə fərqlənən, işinə dürüst və professional yanaşan Mirsaleh Seyidov general-mayor rütbəsinə yüksəlməyə layiq bir insandır. Rubrika.Az-ın baş redaktoru Nicat Mahmudov ədliyyə general-mayoru barəsində Prezidentin bu qərarına görə Mirsaleh Seyidovu təbrik edir, ona işində daha böyük uğurlar arzulayır, fəaliyyətində yeni-yeni nailiyyətlər əldə etməyi diləyir. Bu xoş xəbər münasibəti ilə ədliyyə general-mayorunu təbrik edən baş redaktorun sözlərinə görə, Mirsaleh Seyidov yüksək insani keyfiyyətlərə malik, dostluqda sədaqətli, nümunəvi ailə başçısı, cəmiyyət, dostları və kollektiv içərisində böyük nəzakət, böyük ürək sahibi kimi tanınır. M.Seyidovu işinin peşəkarı adlandıran və böyük təcrübə sahibi sayan sayt rəhbəri ona qarşıdakı dövrdə bundan da böyük zirvələrə ucalmağı arzulayıb. Qeyd edək ki, Mirsaleh Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib.
1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru olub.
2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib.
2009-cu ilin fevral ayından Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-a qədər Penitensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi vəzifəsində çalışıb.
2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Ədliyyə Nazirinin müavini – Penitensiar Xidmətin rəisi təyin edilib.
Mirsaleh Seyidov 2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)” yubiley medalı, 20 noyabr 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə təltif edilib.

Aqşin Əhmədov
Rubrika.Az

Geri qayıt