Əsas Səhifə > Cəmiyyət > Fəxr edirəm ki, şəhid oğluyam
Fəxr edirəm ki, şəhid oğluyam1-12-2023, 08:55 |
![]() Atam şəhid olandan üç ay sonra doğulmuşam,yəni atamı görməmişəm.Lakin atasızlığı da hiss etməmişəm.
Babam Qafar Çıraqov məni əzizləyə -əzizləyə böyüdüb. Uşaqlığım babamın dizləri üstə,nənəmin qucağında keçib,hər ikisi məni ərköyün ,qürurlu böyüdüb. Məktəbə getdiyim gün heç vaxt yadımdan çıxmaz.Məni məktəbə əllərimdən tutub babamla nənəm apardı.Dərsdən çıxanda gördüm ki,hər ikisi məktəbin qarşısında dayanıb , məni sevinclə ,gülə -gülə gösləyirlər .Səyyarə nənəm alnımdan öpərək,çantamı alıb özü götürdü. Babam soruşdu,”Elşən, məktəb xoşuna gəldimi?” Cavab olaraq dedim,”Baba, sən mənə əlifbanı,hesabı öyrətmisən.Müəllimə dedim ki, mən bu kitabları bilirəm.Babam öyrədib”. Babam gülümsədi ,”hələm qarşında öyrənməli çox elm,çox kitab var,övlad!” Babamın və nənəmin həmin günkü nurlu siması heç vaxt yadımdan çıxmaz.Bu nur bütün ömrüm boyu mənə həyat,sevinc işığı oldu ! Mən ailənin tək oğluyam. Atamın qəfləti şəhadətindən sonra anam sarsılmış ,ağır stress keçirərək əmək qabiliyyətini itirmişdi,ikinci qrup əlilldir. Babam Çıraqov Qafar Səməd öğlu ürəyinin bütün istisin bizə vermişdi . Gəncəyə köçəndən dərhal sonra ilk olaraq bizə öz evinə bitişik həyət evi alıb vermişdi.Bu günədək maddi çətinliyin nə olduğun bilməmişəm.Babam dünyasını dəyişsə də onun istisin ,qayğısın daima hiss edirəm. Atamın vəfatını yeddinci sinifdə oxuyanda bildim. Dayım Novruz müəllim bizə gəlmişdi,anama səhifələri açılmamış, təzə nəşr olunmuş ensiklopedik kitab verdi,” Bacı ,Şahin haqqında da yazı var,oxuyarsan”. Dayım gedəndən sonra anam yazını oxuyub ağlayırdi.”Ana sən həmişə bu bağlamadakı kitabları ,qəzetləri oxuyub,tozun silə-silə ağlayırsan! Səbəbin də mənə demirsən “. Oğlum, artıq vaxtı gəlib hər şeyi sənə deyəcəm ,baban yasaq etmişdi. İndi sən maşallah yetkin kişisən! Oğlum ,bu bağlamadakı kitablar,yazılar ,qəzetlər atanın qəhrəmancasına şəhid olmasına aiddir! Atan Çıraqov Şahin Əli oğlu 17 noyabr 1961 ci ildə Laçın kəndində anadan olmuşdu. O ,28 aprel 1992-ci ildə Aydoğan -Qozlu döyüşündə şəhid oldu . İxtisassca baytar idi. Birinci Qarabağ müharibəsinin ilk günündən o, könüllü olaraq döyüşə yollandı. O zamankı 844 saylı könüllü hərbi batalyonda xidmət edirdi. Kəşfiyyat komandiri idi. Zod, Göyçə,Qozlu,Narınclar ,Çapar istiqamətində bir neçə dəfə uğurlu əməliyyatlar keçirdi. Ermənilərə aid sübütlar gətirib hərbi hissəyə təhvil vermişdi. Lakin 28 aprel 1992-ci ildə O,Aydoğanda ,yəni Narınclardan Qozlu istqamətində gedən döyüşdə şəhadətə qovuşdu. Oğlum ,Sən atanla fəxr edə bilərsən! O ,silahdaşı Baxtı Atayevlə birlikdə düz bir saat düşmənlə üzbəüz qəhrəmancasına vuruşmuşdu. O, düşmənin dörd hərbçisini məhv etmiş,hərbi bölüyü düşmən pəncəsindən, pusqudan xilas etmişdi. Atan həm də düşmən mifini qıraraq, Birinci Qarabağ müharibəsi dövründə xain erməni qoşunlarının ön cəbhəsinə ilk dəfə hücum edən ilk igid hərbçidir.Bunu da unutma ! Onun dəfni zamanı Müdafiə Nazirinin müavini və digər rəsmi hökümət nümayəndələri vertalyotla kəndə gəldilər,başsağlığı verdilər! Həmin vaxt atanın adı doğulduğu Kəlbəcər rayon Laçın kənd orta məktəbinə verildi,indi həmin məktəb şərti olaraq Kəlbəcər 36 saylı məktəb kimi Tər-tərdə fəaliyyətini davam etdirir. Həm də o zaman ona Milli Qəhrəman adının verilməsi üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırıldı.Yəqin ki ,baxılar!”. Anam ağlaya- ağlaya məni özünə sıxdı:”Səbirli ol ,oğlum!Sənə şükür,vaxt gələr.., atanın qanı yerdə qalmaz.Həm də atan özü öz qisasın həmin vaxt almışdı. Yəni onların dörd hərbçisini məhv etmişdi. Düşmənin Qozludakı hərbi qərərgahını dağıtmışdı.Bildiyimcə ,o qərargahın yerin düşmən qorxudan dəyişmişdi.” “Ana bəs atamın məzarı hardadı?”-təkidlə soruşdum! “Dinlə,hamısın deyəcəm.Atan Ağdərənin Qozludakı düşmən qərargahına hücum etdiyi üçün,onun və Baxtının nəşi Qozluda düşmən olan ərazidə qalmışdı. Bizim hərbçilər , hətta OMON -çular dəfələrlə cəhd etsələr də onların nəşini xilas etmək mümkün olmadı. Yalnız dörd aydan sonra əmilərinin,dayılarının,həmçinin Baxtının atasının birgə səyi ilə gecəykən həmin ərazidə gizli əməliyyat keçirildi,onların nəşi düşmən pəncəsondən xilas edildi və atan Laçın kənd məzarlığında dəfn olundu. Allah qoysa torpaqlarımız alınar, birlikdə atanın məzarını tez -tez ziyarət edərik!”.Anam yenə ağlayırdı! “Ana ,bəs Kəlbəcərdə öz evimiz var idi? Evimiz necə oldu ?”-anama sual etdim. “Var idi ,oğlum ,yaxşı ev-eşiyimiz var idi.Atanın şəhadətindən sonra evdə tək qala bilmədim.İflic oldum. Evdən heç nə götürmədim, qapısı bağlı qaldı,atamın evinə qayitdım. Qafar baban qoymadı,evdəki əşyalardan götürəm. 1993 -də Kəlbəcər işğal olundu. Gəncədə məskunlaşdıq. Bu evi sənin iki yaşın olanda Qafar baban ad gününə hədiyyə etdi. Şükür ,min şükür! Ağır günlər arxada qalıb! İndi işin var,ailən var! Min şükür !” Anam yenə kövrəldi ... “Ana,ağlama,mən mütləq atamı ziyarət edəcəm! Evimizi də görəcəm! Dağılıbsa yenidən quracam! Sənə and içirəm, bu qisas yerdə qalmayacaq!”. “Əlbəttə, oğlum,nahaq qan yerdə qalmaz, xain erməni düşmənləri ciddi cəzalarına çatacaqlar”. Qəzetlərin arasındakı bir yazı da diqqətimi cəlb etdi. “Şəhidlər ölməz” başlıq belə idi.Atamın şəhadətindən sonra əzizim,gəncliyindən rayonda yüksək vəzifələrdə olmuş ,dayım Novruz Çıraqov yazmışdı: Şəhidlər ölməz Ağlayıb sızlama, şəhid anası Şəhidlik- müqəddəs Vətən,- deməkdi Fəryad çəkib, ürəkləri dağlama Şəhidlər- ər igid, ərən,-deməkdi ! Varsa şəhidimiz ,Vətənimiz var Əkib becərməyə, torpağımız var Dəmirdən,poladdan yumruğumuz var Şəhidlik, alınmaz qala, deməkdi ! Belini bukmə ,sən şəhid atası Xəlvətə çəkilib, tənha üzülmə Çiynini uca tut, heç vaxt kiçilmə Şəhidlik yüksəklik, zirvə,- deməkdi! Qəlbləri dağlama, şəhid bacısı Göynəyib hıçqırıb, sızlama elə Ağuyla eşqırıb ,ağlama elə Şəhidlər əbədi yaşar,-deməkdi Şəhidlər olmasa, Günəşimiz yox Şərəfli ömrümüz,tariximiz yox Millətlər içində,gur səsimiz yox Şəhidlik yaşatmaq ,həyat,-deməkdi ! Dərdə dözüm göstər, şəhid xanımı Əlləri qoynunda gəzmə biçarə Ahu-zar eyləyib, geyinmə qarə Şəhidlik şan şərəf,qeyrət- deməkdi ! Bu yazıyla barış,şəhid qardaşı Qisasa qisas de, cəsarət eylə Silaha sarılıb, cəsurluq eylə Şəhidlik, basılmaz Vətən-, deməkdi 30 aprel 1992-ci il Bu yazı mənə çox mətləbləri dedi və anamla olan söhbətdən sonra həyatım dəyişdi,şıltaq günlərim arxada qaldı. Çox çalışırdım bu dəyişkənliyi anam , doğmalarım hiss etməsin! İçimdə xain düşmənə ,onun havadarlarına qarşı qəzəb,qissas vulkanı püskürmüşdü! Tək bir faktla təsəlli tapır ;qürür duyurdum-Nə yaxşı, əmilərim ,dayılarım qorxmazlıq göstərib ,düşmənə güc və iradə göstərərək , atamı öz kəndində torpağa tapşıra bilmişdilər! Onların bu haqqını heç vaxt unutmaram! Bu əsil kişilik,qeyrət ,igidlik ölməzlik nümunəsidi! Bir xatirə də heç vaxt yadımdan çıxmaz. Atamın atası Əli babama baş çəkməyə getmişdim,Xuraman nənəm ağır xəstə idi. Nənəmin yanında əyləşdim,onun saçlarını oxşayırdım .Nənəm qeyri- adi olaraq dedi:”Elşən, sən atan kimi ürəklisən , qorxmazsan ! Yanımcılsan. Onu bil ki,mütləq torpaqlarımız alınacaq. Sən atanın məzarını ziyarət edəcəksən. Onda sən atan uyuyan torpaqdan gətirib məzarımın üstə səpərsən.” Nənəm ağlayırdı.., Əli babam söhbəti davam etdirdi:”Atanın heç nədən qorxusu yox idi,övlad. Bir dəfə ot yüklü maşın üstə bir nəfər rəsmi şəxslə dalaşaraq onu palçıq gölməçəsinə atmışdı. Həm də xeyirxah idi. Baytar işlərkən kasıblara təmənnasız kömək edərdi! Öz peşəsinin sahibi idi,işlədiyi kollektivdə, hərbidə yoldaşlarının dərin hörmətini qazanmışdı. Döyüş silahlarını, hərbi texnikanı da bilirdi.Çalış sən də atan kimi layiqli övlad ol!” Əli babam kövrəlmişdi.., Günlərin birində atamın hərbçi yoldaşı olmuş Zahir Müseyibovla qarşılaşdım.Hal xoş etdik.Tanışlıq verdim,atamı dərhal tanıdı,kəndçimiz idi . Atam haqqında xeyli xatirələrin danışdı.Sonra onun son döyüşünü yada saldı.Zahir əmi deyirdi:”Atanla bir batalyonda xidmət edirdim. Bir gün məlumat daxil oıdu ki,ermənilər biz olduğumuz Narınclar kəndinə hücum etmək istəyir. Atan onların zastavasının yerini dəqiq bilirdi. O ,təkidlə bildirdi ki, düşməndən qabağa düşüb onların qərərgahını məhv etməliyik. Həmin vaxtadək ön cəbhə boyu düşmənə heç bir tərəfdən hücum olmamışdı.Atan bu mifi dağıdan ilk hərbçi oldu! Sübh tezdən hərəkətə keçdik.Atan və Baxtı lap qabaqda gedirdilər.Artıq Aydoğan yüksəkliyini aşıb düşmən ərazisinə daxil olmuşduq.. Şahin və Baxtı xeyli irəliləyərək düşmənlə üzbəüz idilər.Qəfil döyüş başladı ,Atan əmr etdi :“Gəlməyin,geri çəkilin,pusqu var! Sizi xilas edəcəm!”-dedi. Düz bir saat hər ikisi düşmənlə vuruşdular,artıq silahlar susmuşdu..., doğurdan bölüyü xilas etdilər,başqa itkilərimiz də oldu . Ancaq düşmən tərəf də xeyli itki verdi,Atan zastavanı darmadağın etmişdi, tüstülənib yanırdı. Deyirdilər ki,O,düşmən komandirini də məhv edib .Əsil qəhrəman idi.” Zahir əmi qəhərlənərək , əlini çiynimə qoyub, xeyli fikrə daldı...”Heyif ki,həmin vaxt onun meyitini götürə bilmədik, təəssüf edirəm,sonralar dəfn olundu-o,dedi . İllər ötüb keçirdi! Artıq 28 yaşım vardı .Mənim üzüm gülsə də, ürəyim gülmürdü! Qissas gününü səbirsizliklə gözləyirdim!Anamın xəlvətə çəkilib göz yaşını gizlətdiyi anlar, məni göynədirdi! Nəhayət,2020 ci il,44 günlük Qarabağ müharibəsi.., Ordumuzun tarixi qələbəsi...! Bu da Zəfər bayramı! Müzəffər Ali Baş Komandanımız Qarabağın işğal altında olan ərazilərinin , o cümlədən Kəlbəcərin azad olunmasını bəyan etdi! Sanki bütün iztirablarımın üstündən xətt çəkildi, arzularım çin olmuşdu! Artıq yolum Kəlbəcərə tərəf idi..,atamın məzarını ziyarətə gedirdim. Yanımda bələdçim də vardı.İlk dəfə idi Laçın kəndinə ,Kəlbəcərə gedirdim! Çox həyacanlı idim.Atamın məzarını bəzəmək üçün tər qızılgüllər və gül çiçəkdən hazırlanmış çələng aparırdım! Ora çatanda narın yağış yağırdı, gördüm ki ,məndən qabaq atamın məzarını ziyarət edənlər olub ,xeyli sayda gül dəstələri,əklillər qoyulmuşdu! Atamın əsil qəhrəman olduğunu ,böyük hörmət qazandığının bir daha şahidi oldum ,qürur keçirirdim! Nə yaxşı ki,belə igid şəhidin oğluyam! Məzarlığı ziyarət edərkən nəslimizin çox hörmətli ağsaqqalı olmuş Əziz Səməd oğlunun məzarını da ziyarət etmək istəyimi bildirdim . Bələdçim dedi ki, onun məzarı Dal Qılınclı kənd qəbirstanlığındadı. Biz ora yol aldıq. Yol boyunca fikrimdə Əziz baba haqında Əli və Qafar babamın xatirələri canlanırdı! Əziz babanın adı ulu babası Əziz bəyin adından götürülmüşdü.Əziz bəy əslən Laçın mahalından olmuşdu,O Şuşadan əsilzadə nəslindən olan Həlimə xatunu 1750-ci ildə dağ yolu ilə Kəlbəcərə qaçıraraq Kəlbəcərdə Laçın kəndinin bünövrəsini qurmuşdu.O, bir daha Laçın mahalına qayıtmamışdı. Çünki həmin vaxtlarda əsilzadə nəslindən olan qızların başqa şəxslərlə ailə qurması yasaq idi .Laçın kəndinin adı və tarixi belə yaranmışdı. Deyilənə görə Əziz babam da ulu babası kimi cəsur adam olmuşdu. Çıraqov Əziz Səməd oğlu birinci qrup Böyük Vətən müharibəsi əlili idi.Kəlbəcərdə saylan- seçilən ağsaqqallardan olmuşdu . Həm də sovetlər dövründə zəngin varidat sahibi olub! O dövr üçün bu adi məsələ deyildi... Fikirləşirdim ki ,atamnan fərqli olaraq Əziz babamın məzarına ziyan vurmazlar. Çünki o,bütün sovet xalqları kimi həm də ermənilərin firəvan həyatı üçün alman faşistlərinə qarşı vuruşub , sağlamlığını qurban verib,əlil olub! Lakin yanılmışdım, gördüklərimə inanmırdım . Vahimə içərisində idim. Erməni vandalları bütün qəbirstanlığı məhv etmişdilər; vəhşicəsinə dağıtmışdılar! Əziz babamın ,Böyük Vətən müharibəsi əlilinin baş daşı amansızcasına gülləboran edilmişdi. Bu insanlıq əleyhinə əsil vəhşılik, vandalizm , azğınlıq aktı idi ;bütün bəşəriyyətə qarşı meydan oxumaq idi! Mən heç kinolarda,hətta faşizm dövründə belə quduzluq ,qudurğanlıq, qeyri-insani hərəkətlərə rast gəlməmişəm. Ermənilərin insanlıq adına ən böyük qara ləkə olduğunun şahidi oldum! Belə də azğınlıq olar? ! Çox təsirlənmişdim... Bu anda mənə zəng gəldi ,dayım idi ,Kəlbəcərin nüfuzlu ziyalılarından olan Nizami Çıraqov. Mən gördüklərimin hamısı barədə, yəni atamın ,Səməd babanın,Əziz babanın və başqa qohumların qəbir daşlarının dağıdılması barədə dayımı məlumatlandırdım! Həm də dedim ki ,düşmən nəinki müqəddəs yerləri,bütün rayon kəndlərini, şəhəri xarabalığa çeviriblər! O, təmkinlə mənə dedi:”Səbirli ol ,Elşən,xəbərim var ! Bu -xain erməni xislətidi.300 ildi onlar xalqımıza qarşı mənfur hərəkətlərindən əl çəkmirlər. Haylar, gor eşəndilər . Düşmən nəinki bizim xalqın dirisindən,ölüsündən də qorxur! Onlar arxalı köpəklərdi. Gəl ,sağlıq olsa əvvəlkindən qat -qat yaxşısın bərpa edərik.” Biz artıq Gəncəyə qayıdırdıq. Viran edilmiş obalar gözümün önündən çəkilmirdi... Yol boyu məni bir sual düşündürürdü -Görəsən, ermənilərin içərisində bu vəhşilik hərəkətlərindən xəcalət çəkən varmı ?! Ümumiyyətlə, erməni məxluqunun arasında haqq, ədalət adamı tapmaq münkünmü ?! Və yaxud onların havadarları bu vəhşiliklərdən utanıb, kimə uyduqlarından xəcalət çəkirlərmi?! Demokratiyadan dəm vuran işğalçılar,siyasətbazlar,vicdan əzabı çəkirlərmi? Elşən Çıraqov Geri qayıt |