Əsas Səhifə > Mədəniyyət > Teatrda 332 minlik mənimsəmə - Bu şəxs məsuliyyətə cəlb edildi
Teatrda 332 minlik mənimsəmə - Bu şəxs məsuliyyətə cəlb edildi27-12-2023, 16:04 |
|
Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova cinayət məsuliyyətinə cəlb edilib. Rubrika.az-ın "Qafqazinfo”ya istinadla əldə etdiyi məlumata görə, xanım mütəxəssis 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, Aytən Kərimova 2019-2022-ci illərdə bu vəzifədə çalışıb. Rubrika.az Geri qayıt |