Əsas Səhifə > Dünya > Rusiya əsirlərdən Ukraynaya qarşı siyasi silah kimi istifadə edir - "Politico"
Rusiya əsirlərdən Ukraynaya qarşı siyasi silah kimi istifadə edir - "Politico"28-12-2023, 21:58 |
|
Rusiya ukraynalılara təzyiqləri artırır və əsirləri buna cəlb edir. Moskva əsirlərdən siyasi silah kimi istifadə edir. Bu barədə RUBRİKA.AZ "Politico”ya istinadən xəbər verir. Qeyd olunur ki, Rusiya əsirliyində olan ukraynalı əsgərlər yaxınlarına zəng etməyə başlayıblar. Eyni zamanda deyirlər ki, Rusiya guya mübadilələrə hazırdır, Ukrayna isə bundan imtina edir. "Son vaxtlar belə çağırışlar geniş vüsət alıb. Ona görə də biz başa düşdük ki, bu, hakimiyyətə etimadsızlıq kampaniyasıdır", - Hərbi əsirlərlə münasibətlər üzrə koordinasiya qərargahının nümayəndəsi Pyotr Yatsenko nəşrə verdiyi şərhdə bildirib. İşğalın əvvəlində əsir düşən Çernobıl atom elektrik stansiyasının müdafiəçisinin həyat yoldaşı Valentina Tkaçenko da ərindən zəng aldığını bildirib. Bundan əvvəl o, yalnız bir dəfə "Mən sağam, hər şey yaxşıdır" sözləri ilə qısa bir mesaj alıb. Onun sözlərinə görə, əri 2023-cü il noyabrın 29-da Viber vasitəsilə onunla əlaqə saxlayıb. Söhbət üç dəqiqə davam edib və qadına sual verməyə icazə verilməyib. Əsir düşən ukraynalı əsgər "Valya, get Kiyevin həyatını çətinləşdir. Kiyev bizi geri qaytarmaq istəmir" deyib və sonra üzr istəyərək söhbəti bitirib. Qadın ərinin Kremlin Ukraynaya qarşı siyasi oyununun alətinə çevrildiyinə inandığı üçün aksiyaya getməyib. Rəsmi təsdiqlənmiş məlumatlara görə, Rusiya 3 min əsgər və 28 min mülki vətəndaşı əsir saxlayır. Faktiki rəqəmlər daha yüksək ola bilər. Yatsenkonun sözlərinə görə, Ukrayna son vaxtlar mübadilə fondunu artırıb və təslim olmağa hazır olan bütün işğalçıları qəbul etməyə hazırdır. Qeyd edək ki, Ukrayna və Rusiya genişmiqyaslı müharibə başlayandan bəri bir sıra hərbi əsir mübadiləsi aparıb. Sonuncu belə mübadilə avqustun 7-də baş tutub. Bildirilir ki, Ukrayna ümumilikdə Rusiya əsirliyindən təxminən 2,6 min hərbçi və mülki vətəndaşı geri qaytarıb. RUBRİKA.AZ Geri qayıt |