Əsas Səhifə > Dünya > Ukraynada müharibəsi Rusiyanın ABŞ seçkilərinə müdaxilə istəyini azaltmayıb - Kəşfiyyat

Ukraynada müharibəsi Rusiyanın ABŞ seçkilərinə müdaxilə istəyini azaltmayıb - Kəşfiyyat


12-01-2024, 13:09
Ukraynada müharibəsi Rusiyanın ABŞ seçkilərinə müdaxilə istəyini azaltmayıb - Kəşfiyyat

Rusiyanın Ukraynaya qarşı müharibəsi Kremlin 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etmək istəyini azaltmayıb.

Rubrika,Az bildirir ki, bu haqda CNN-ə xəbər verir.

ABŞ Milli təhlükəsizlik agentliyinin direktoru Pol Nakasone bildirib ki, Rusiya Ukraynaya qarşı apardığı ağır müharibəyə baxmayaraq, ABŞ-da keçiriləcək prezident seçkilərinə hələ də müdaxilə etmək imkanına malikdir.

"Bu, onlar üçün mühüm ildir. Onlar buna (ABŞ seçkilərinə - red.) baxırlar və məncə, Ukraynada üzləşdikləri çətinliyi nəzərə alsaq, bu, onların təsir etmək istədikləri bir şeydir", - Nakasone deyib.

FTB direktoru Kris Rey də Nakasonenin fikri ilə razılaşıb.

"İstənilən halda iddia etmək olar ki, onların Ukraynaya diqqəti bizim necə görünməyimizi və problemlər haqqında necə düşündüyümüzü formalaşdırmağa çalışmaq istəyini artırdı, belə ki, ABŞ-ın siyasəti Rusiyanın Ukraynaya tamamilə səbəbsiz və ağır işğalı üçün dərin təsirlərə malikdir”, - FTB şefi bildirib.
Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyinin kibertəhlükəsizlik üzrə yüksək rütbəli rəsmisi Şon Nyuell bildirib ki, Rusiya kəşfiyyat xidmətlərinin diqqətinin Ukraynada cəmləşməsi ABŞ-ın xeyrinədir.

"ABŞ-a qarşı yönəlmiş fəaliyyətlərə görə gündəlik izlədiyimiz bütün Rusiya kəşfiyyat orqanları indi məlum səbəblərdən Ukraynaya vaxt və diqqət ayırır”, - Nyuell deyib.

Bununla belə, o əlavə edib ki, Rusiya kəşfiyyatı ABŞ-ın Ukraynaya dəstəyinə necə təsir göstərə biləcəyini öyrənməyə davam edir.

Həm Nakasone, həm də Rey milli təhlükəsizlik orqanları, kiber agentliklər və özəl sektor arasında "eksponensial şəkildə təkmilləşdirilmiş" əməkdaşlıq sayəsində seçkiləri qorumaq qabiliyyətinə əmin olduqlarını ifadə ediblər, lakin eyni zamanda xarici düşmənlərin də öz imkanlarını artırdıqlarını etiraf ediblər.

"Təhlükələr daha mürəkkəbləşir, lakin müdafi də daha da yaxşılaşlr", - FTB direktoru Kris Rey bildirib.

ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmiləri ABŞ seçkilərinə müdaxilə etmək istəyən əsas oyunçular kimi Rusiya, Çin və İranı göstəriblər.

Federal Təhqiqatlar Bürosunun direktoru hesablayıb ki, Çinin haker ordusu bütün böyük dövlətlərin orduların cəmindən çoxudr, həmçinin həmin dövlətlərin sərəncamında olanlardan 50 dəfə çoxdur.

Nakasone həmçinin razılaşıb ki, ABŞ hakerlərin sayına görə heç vaxt Çinlə eyni olmayacaq, lakin keyfiyyət üstünlüyü var.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Proqnozlara görə, demokratlardan əsas namizəd ABŞ-ın hazırkı lideri Co Bayden, respublikaçılardan isə ABŞ-ın keçmiş prezidenti Donald Tramp olacaq.

Rubrika.Az
Geri qayıt