Əsas Səhifə > Dünya > “İranın ərazimizə zərbəsi nəticəsində 2 uşaq həlak olub“ - Pakistan XİN
“İranın ərazimizə zərbəsi nəticəsində 2 uşaq həlak olub“ - Pakistan XİN17-01-2024, 09:59 |
![]() İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “Nəticədə iki məsum uşaq ölüb və üç qız yaralanıb”, – sənəddə qeyd olunub. Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı “terror qruplaşmaları” olub. Rubrika.Az Geri qayıt |