Əsas Səhifə > Manşet > Prezident İlham Əliyevlə sabiq məktəb direktorunun DİALOQU - B.Mustafayev Rəşad Tağıyevdən şikayyətçidir

Prezident İlham Əliyevlə sabiq məktəb direktorunun DİALOQU - B.Mustafayev Rəşad Tağıyevdən şikayyətçidir


18-01-2024, 10:03
Prezident İlham Əliyevlə sabiq məktəb direktorunun DİALOQU - B.Mustafayev Rəşad Tağıyevdən şikayyətçidir

Azərbaycan təhsilində hələ də "cəngəllik qanunları" ilə fəaliyyət göstərən odioz fiqurlar görmək olar. "Sehirli xalat" filmində vəzirin dili ilə desək, onların böyüyüb (yəni daha yüksək vəzifəyə qalxıb) nə olacağını fikirləşəndə adamın tükləri biz-biz olur. Çünki hazırda tutduqları kresloda min oyundan çıxırlarsa, gör daha yüksək vəzifə təyinatı olanda nələr edərlər. Götürək elə vaxtl ilə Bakı şəhər Təhsil İdarəsi rəhbəri işləmiş , indiki Şəmkir rayon icra başçısı Rəşad Tağıyevi, vaxtında çox dedik az eşitdi .Adama nə qədər yazmaq, tənqid etmək, demək olardı ki, ey paytaxt təhsilinin şefi, bu həngamələr hara qədər davam edəcək? Axı təhsil aqrar sektor deyil ki, burada 50 ton badımcan, 100 ton xiyar itkiyə getsin, yaxud turp, kələm, yemiş-qarpız yeyintisinə yol verəsən, yuxarılar da göz yuma.

Prezident İlham Əliyevlə sabiq məktəb direktorunun DİALOQU - B.Mustafayev Rəşad Tağıyevdən şikayyətçidir

Axı söhbət təhsildən, gələcəkdən, millətin övladlarının inkişafından, süni intellektin sürətlə tərəqqi etdiyi bir dövrdə elmə, biliyə əvvəlkindən min qat artıq tələbatın artdığı dövrdən gedirdi. Belə zamanda Bakı şəhər Təhsil İdarəsini Amazon meşələrindəki qanunlarla, yırtıcı, dağıdıcı "ideya"larla idarə etmək heç "Mauqli"nin ağlına gəlməzdi. Çünki dünyada təhsilə dəyər verən dövlətlər, onlara çatmaq istəyən ölkələr müxtəlif modellər götürərək inkişaf xətti tuturlar. Misal üçün Sinqapur modeli var, Çin, Yaponiya, Koreya, o cümlədən Skandinaviya, İsrail, Britaniya, Almaniya və digər təhsil modelləri mövcuddur. Dünyanın inkişafda olan dövlətləri də bunlardan birini seçir və öz təhsilini gücləndirir. Amma vaxtında Bakı şəhər Təhsil İdarəsi rəhbəri işləmiş Rəşad Tağıyev bunların heç birini örnək götürməyib, onun üçün yazılmamış, qeyri-adi Afrika modeli nümunə olub. Ona görə də korrupsiya, dağıdıcı elementlər, maxinasiya, qeyri-rəsmi tapşırıqlar BŞTİ-də aparıcı faktorlar olub.

Prezident İlham Əliyevlə sabiq məktəb direktorunun DİALOQU - B.Mustafayev Rəşad Tağıyevdən şikayyətçidir

Rəşad Tağıyevin idarəyə rəhbərlik etdiyi vaxtda burada anarxiya,hərc-mərclik hökm sürüb, məktəblərin yağmalanması prosesi sürətlənib. Tez-tez yoxlamalar adıyla məktəblərə edilən reydlər zamanında direktorlardan haqq tələb edilirdi Təbii ki, bütün bunların da əsas zərbəsi son nəticədə müəllimlərə dəydi.
Tağıyevin xüsusi göstərişlərilə vaxtı ilə İdarənin daxili nəzarət şöbəsinin rəhbəri vəzifəsində işləmiş Sərxan paytaxtın məktəblərinə sözün əsl mənasında qan uddurub. Elə bil daxili nəzarətə yoxlamaların nəticələri olaraq böyük məktəblərin direktorlarını işdən azad etmək funksiyası tapşırılımışdı Bildirilir ki, vəziyyət o qədər dözülməz halda olub ki, məktəb direktorları artıq işləmək istəməyib.
Bu mövzuda Mustafayev Bəkir, düz 35 il pedaqoji stajı olan, 12 ilini 2 saylı texniki-humanitar liseydə müəllim və 20 il həmin liseydə direktor vəzifəsində çalışan təcrübəli təhsil adamı mühüm faktlar açıqlayıb.
B. Mustafayev işlədiyi dövrdə lisey şagirdlərinin buraxılış imtahanlarının nəticələri, respublika və dünya fənn olimpiadalarında qaliblər, 600-dən çox bal toplayan məzunların sayında lisey BŞTİ nin tabeliyində olan 330-dan çox məktəb və liseylər arasında həmişə ilk onluqda olan təhsil ocağı kimi tanındığını qeyd edib. Sitat: "Qazandığım uğurlara ğörə dəfələrlə BŞT-nin və TN-nin Fəxri fərman və pul mükafatları almışam.
Liseyin 45 -50 nəfər müəllim kollektividən təhsildə qazandığı uğurlarla ğörə 6 ildə (2012-2018) 4 nəfər əməkdar müəllim, 2 nəfər müəllim "Tərəqqi " medalı ilə təltif olunub. .Bu uğurların arxasında kiməsə haqsızlıq etəməmək,səmimiyyət və müəllim heyətinin mənə ğüvənməsidir.
35 illik pedaqoji fəaliyyətimin zirvəsini isə 2018 ci il 12 sentyabrda Liseyin əsaslı təmirdən sonra cənab Prezidentlə açılışında görüşmək imkanı oldu. Təsadüf elə gətirdi ki, Səbayel rayonunda o zaman başçı olan Eldar Əzizov Bakı şəhəri meri təyin olunmuşdu və mən CƏNAB PREZİDENTİ tək qarşıladım. SADƏ, SƏMİMİ VƏ TƏVAZÖKAR İNSAN!!! Az vaxtda mənə elə gəlirdi ki, illər öncə tanıdığım İNSANDIR. Liseyin fəaliyyəti və Təhsildə qazandığım uğurları CƏNAB PREZİDENTİ tanış etdim. Növbəti guşə isə 2018-ci il liseyin 600-dan çox bal toplayan məzunların stendi idi.CƏNAB PREZİDENT təəccüblənərək :' Elə rayonumuz var ki bir nəfər belə 600 dən cox bal toplayan olmur, şagird kontingenti az olan liseyin bu nəticəsi təqdirəlayiqdir. Bu liseydə nümunəvi müəllimlərin fəaliyyətinin bəhrəsidir. Müəllimlərnizin əməyi dövlət tərəfindən dəyərləndirilibmi?"
CƏNAB PREZİDENT dövlətimiz tərəfindən lisey müəllimlərinin təhsildə qazandığı uğurlar 2012-2018 illərdə 4 nəfər müəllim "əməkdar müəllim" və 2 nəfər müəllim isə "Tərəqqi "medalı ilə təltif edilib. Müəllimləriimizin bu zəhmətini dəyərləndirdiyinizə ğörə SİZƏ kollektivimiz adından səmimi təşəkkürlərimi bildirirəm.
Səmimi söhbətimiz zamanı CƏNAB PREZİDENTİN onun təhsildəki ensiklopedik məlumatlara və təhsilin inkişafına böyük önəm verdiyi məni heyran etdi.
Tədbirin sonunda CƏNAB PREZİDENTİN mənim ünvanıma dediyi sözləri hec vaxt unutmamışam: ' lisey müəllimlərinin və məzunlarının təhsildə qazandığı uğurlardan məmnun oldum " .
CƏNAB PREZİDENTİN liseyin ünvanıma dediyi xoş sözləri unutmamışam.

Prezident İlham Əliyevlə sabiq məktəb direktorunun DİALOQU - B.Mustafayev Rəşad Tağıyevdən şikayyətçidir

Liseyi tabe olduğu -BŞTİ 2006 cı ildən fəaliyyət göstərir. Respublikanın umumtəhsil məktəblərində şağirdlərin 1/3 dən coxu BŞTİ tabeliyində olan umumtəhsil məktəblərində təhsil alır.
BŞTİ-nın ilk müdiri ğözəl insan, ğözəl müəllim, ğözəl təhsil işçisi, hətta demək də haqlıyam ki, TƏHSİLİN KORFEYİ NAİLƏ X .RZAQULEVA bu idarənin fəaliyyətini qısa müddətdə təşkil etdi və BŞTİ onun rəhbərlik etdiyi dövrdə ən yüksək nailiyyətlər əldə edildi. Can sağlığı arzulayıram belə nümunəvi müəllimlərnizi tanıtmaq bizim borcumuzdur. 2018 ci ildən BŞTİ nin müdiri təhsildə təcrübəsi olmayan ixtisasca hüquqşünas olan Rəşad Tağıyev müdir təyin edilməsi BŞTİ ni korrupsiyaya və dələduzlar yuvasına çevirdi. Onun BŞTİ rəhbərliyi ərəfəsində təyin olunan məktəb direktorları ,direktor müavinləri, əmək müqaviləsinin artırılması ücün direktor, direktor müavinlər, 65 yaş həddini keçmiş müəllimlərdən, və məktəb direktorlarından tələb olun (500 azn) aylıq
Bütün bu maxinasiyaya vasitəçilik edən vaxtı ilə təyin etdiyi ümumtəhsil sektorunun müdiri Fuad Babayev və Rəşad Tağıyev başçılıq edirdi".
İcra başçısı Rəşad Tağıyevin adı ötən 2 il ərzində dövrü mətbuatda yalnız səriştəsiz idarəetməsi, tədbirlərdə rabitəsiz cümlələrlə çıxışı, etdiyi yalnış kadr təyinatları, Alimpaşa Məmmədovdan qalma, adları bu gün də məhkəmə istintaqında keçən, hər ay 2 3 dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsində Alimpaşa Məmmədovun üzünə durmaqla keçən kadrları başına toplamaqla yadda qaldı.
İlk olaraq Bakıdan yüksək məvacibli işdə işləyən, öz hamisinin yaxın qohumu Alışan Yusibovu Şəmkir Kommunal Müəssisələr Kombinatına rəis təyin etdi. İcra hakimiyyətinin tabeliyində qalmış yeganə struktur, el arasında zibillik idarəsi deyilən KMK icra başçılarının yeganə “dolanma yeri” olması artıq heç kəsə sirr deyil. Bu adamları başına toplayan başçı isə təmiz işləyə bilməz. Necə ki, BŞTİ-də elə “işləyirdi”...
Davamı var..
Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da mümkün olmadı

Nişad Mehdiyev
Rubrika.Az

Geri qayıt