Əsas Səhifə > Manşet > TƏBİB və bütün ölkə səhiyyəsi 7 fevral hazırlığında… - Tibb işçiləri ,,Zəfər seçkisində"kimi dəstəkləyəcək?

TƏBİB və bütün ölkə səhiyyəsi 7 fevral hazırlığında… - Tibb işçiləri ,,Zəfər seçkisində"kimi dəstəkləyəcək?


26-01-2024, 09:07
TƏBİB və bütün ölkə səhiyyəsi 7 fevral hazırlığında… - Tibb işçiləri ,,Zəfər seçkisində"kimi dəstəkləyəcək?

Azərbaycan 7 fevralda növbədənkənar prezident seçkisinə gedir. Ölkə tarixində ilk dəfə seçki bütün ərazilərimizdə keçiriləcək. Çünki torpaqlar 30 il sonra azaddır və bu illər ərzində heç vaxtda Xankəndi, Şuşa və digər ərazilərdə seçki keçirə bilməmişik.

Ona görə bu dəfəki seçki əlamətdardır və bütün respublika hazırlaşır. Bu baxımdan seçkidə cəmiyyətin bütün təbəqələri, bütün peşə sahibləri iştirak edəcəklər. Təbii ki, bu peşə sahibləri içərisində fədakar tibb işçiləri də xüsusi yer tuturlar.

TƏBİB və bütün ölkə səhiyyəsi 7 fevral hazırlığında… - Tibb işçiləri ,,Zəfər seçkisində"kimi dəstəkləyəcək?

Ölkənin hər bir yer guşəsində fəaliyyət göstərən həkimlərimiz, tibb bacıları Zəfər seçkisinə hazırlaşırlar. Bu prosesdə onlar bir vətəndaş olaraq iştirak edir, səsverməyə birmənalı şəkildə gedəcəklərini bəyan edirlər.

TƏBİB və bütün ölkə səhiyyəsi 7 fevral hazırlığında… - Tibb işçiləri ,,Zəfər seçkisində"kimi dəstəkləyəcək?

Sözsüz ki, başda TƏBİB və onun rəhbərliyi, icraçı direktor Vüqar Qurbanov olmaqla 7 fevral Zəfər seçkisinə əhəmiyyətli dərəcədə bir diqqət yetirilir. Bununla bağlı bir vətəndaş borcu olaraq bir-birinə tövsiyə edilir ki, seçkidə hamı iştirak etməli, səsverməyə getməli, səsinə sahib çıxmalı, namizədinə səs verməlidir.

TƏBİB və bütün ölkə səhiyyəsi 7 fevral hazırlığında… - Tibb işçiləri ,,Zəfər seçkisində"kimi dəstəkləyəcək?

Əlbəttə, namizədlər arasında favorit hakim partiyanın lideri İlham Əliyevdir. Zəfər seçkisinə rəqiblərinə qalib gələcəyi şübhə doğurmur. Çünki prezidentin reytinqi rəqiblərindən qat-qat üstündür. Onun Qarabağ qələbəsi, Xankəndi paradı, uğurlu daxili və xarici siyasəti, ölkənin bütün sahələrinə diqqət yetirməsi, bu sırada səhiyyə sektoruna da dövlətin qayğısı, xüsusən də TƏBİB-in yaradılması ilə bu sahədə böyük irəliləyişlərin əldə olunması göz qabağındadır.
Bu da təbii olaraq, tibb işçilərinin diqqətindən yayına bilməz. Onlar dövlət rəhbərliyinin qayğısını, bu sahə ilə bağlı addımlarını hiss edirlər. Ona görə də TƏBİB komandasının, səhiyyə işçilərinin seçkidə İlham Əliyevə səs verəcəkləri şübhə yaratmır.
TƏBİB rəhbərliyi, bütün kollektiv, respublikanın müxtəlif tibb müəsissələrinin baş həkimləri, sıravi işçiləri, peşəkar həkimləri, cərrahları və s. prezidentin bu gün həyata keçirdiyi siyasətin yanındadır, onun dəstəkləyir, Qarabağ qalibiyyətindən sonra bu uğurlu fəaliyyətin daha da uğurlu şəkildə davam etdirilməsinin tərəfdarıdır desək, yanılmarıq.

TƏBİB və bütün ölkə səhiyyəsi 7 fevral hazırlığında… - Tibb işçiləri ,,Zəfər seçkisində"kimi dəstəkləyəcək?

O da bildirilir ki, artıq tibb işçiləri seçkilərdə iştirakla bağlı hazırlıq görürlər, öz sənədlərini, şəxsiyyət vəsiqələrini yoxlayırlar, qeydiyyat yeri ilə bağlı prosedurları ASAN Xidmətdə dəqiqləşdirirlər. Bu da göstərir ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin əksəriyyətində seçkilərə məsuliyyətli bir hazırlıq getməkdədir. Bundan başqa, TƏBİB rəhbərliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi regionlara səfərlər edir, vətəndaşlarla görüşür, birbaşa təmasda olur, onların problemlərini, şikayətlərini dinləyir. Əslində, bunun özü də dövlətə dəstəkdir.

TƏBİB və bütün ölkə səhiyyəsi 7 fevral hazırlığında… - Tibb işçiləri ,,Zəfər seçkisində"kimi dəstəkləyəcək?

Vətəndaş görür ki, seçkidə vədlər verilməsi söz olaraq qalmır, əməli fəaliyyət var, dövlətin müxtəlif qurumlarının rəhbərləri onlarla görüşə gəlir, dərd-sərini dinləyir. Təbii ki, bu, təkcə seçki dönəminə aid deyil, TƏBİB rəhbərliyi mütəmadi olaraq belə görüşlər keçirir. Amma həm də əhali müşahidə edir ki, ona xidmət edən sektorların rəhbərləri alicənablıq nümayiş etdirir, sadə bir insan kimi davranır, məmur kimi özlərini aparmır, əksinə, xalqın yanında olurlar. Misal üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Neftçala Rayon Mərkəzi Xəstəxanasında Neftçala, Salyan və Biləsuvar rayon sakinlərini qəbul edib.

TƏBİB və bütün ölkə səhiyyəsi 7 fevral hazırlığında… - Tibb işçiləri ,,Zəfər seçkisində"kimi dəstəkləyəcək?

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun da iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib. Bax, bu da xalqa xidmətin nümunəsidir. İndisə söz xalqın və tibb işçilərinindir - onlar 7 fevralda xalqa xidmətə səs verəcəklər...

TƏBİB və bütün ölkə səhiyyəsi 7 fevral hazırlığında… - Tibb işçiləri ,,Zəfər seçkisində"kimi dəstəkləyəcək?

Orxan
Rubrika.Az

Geri qayıt