Əsas Səhifə > RubrikaTV Video > İstanbulda üç mütəşəkkil cinayətkar dəstə məhv edildi: Rəhbərləri həbs olundular - VİDEO

İstanbulda üç mütəşəkkil cinayətkar dəstə məhv edildi: Rəhbərləri həbs olundular - VİDEO


15-02-2024, 12:48
İstanbulda üç mütəşəkkil cinayətkar dəstə məhv edildi: Rəhbərləri həbs olundular - VİDEO

Türkiyənin İstanbul şəhərində eyni vaxtda keçirilən “KAFES-40” əməliyyatları zamanı üç ayrı mütəşəkkil cinayətkar dəstə məhv edilib.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.

Yerlikayanın sözlərinə görə, qruplaşma liderləri Emre Özcan, Önder Küçük və Sergen Solak saxlanılıb.
Keçirilən əməliyyatlar zamanı, həmçinin 24 şübhəli ələ keçirilib.

Rubrika.az
Geri qayıt