Əsas Səhifə > Gündəm > Vilayət Eyvazov daha iki rayona rəis təyin etdi
Vilayət Eyvazov daha iki rayona rəis təyin etdi14-03-2024, 16:13 |
|
Neftçala və Oğuza yeni polis rəisləri təyin edilib. RUBRIKA.AZ xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi, Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. RUBRIKA.AZ Geri qayıt |