Əsas Səhifə > Təhsil > Sumqayıt 33 saylı məktəbdə ciddi qanun pozuntuları – CƏZA OLACAQ
Sumqayıt 33 saylı məktəbdə ciddi qanun pozuntuları – CƏZA OLACAQ8-04-2024, 11:38 |
|
Sumqayıt şəhər 33 saylı tam orta məktəbdə baş verən qanun pozuntuları barədə Elm və Təhsil nazirliyinə edilmiş çoxsaylı şikayətlərdən sonra Abşeron-Xızı Regional təhsil idarəsi tərəfindən adı çəkilən məktəbdə yoxlamalara başlanıb. Əsgərova Rübabə Sahib qızının direktor olduğu məktəbdə bir neçə gündür davam edən yoxlamalar nəticəsində “ölü canların” olması, şagirdlərin aylığa buraxılmaları, müəllimlərin adına əlavə qanunsuz dərslərin və dərnəklərin yazılması kimi ciddi maliyyə pozuntuları aşkar edilmişdir. Aylarla iş yerində görünməyən məktəbin kitabxanaçısı Nüşabə xanım, nədənsə son günlər iş başındadır. Hazırda yoxlamalar davam edir. Ümid edirik ki, Abşeron-Xızı Regional təhsil idarəsi yoxlamalardan sonra müvafiq qərarların verilməsi istiqamətində səy göstərəcək, 33 saylı məktəbdə qanunların pozulmasına şərait yaradanların cəzalanmasına müvəffəq olacaqdır.(cumhuriyyet.net) RUBRIKA,AZ Geri qayıt |