Əsas Səhifə > Dünya > Bayden İranın İsrailə hücumundan sonra niyə çıxış etməyib? – Səbəb
Bayden İranın İsrailə hücumundan sonra niyə çıxış etməyib? – Səbəb15-04-2024, 12:42 |
|
Amerika lideri Cozef Bayden İranın İsrailə hücumundan dərhal sonra televiziya ilə xalqa müraciət edə bilərdi, lakin bu ideyadan vaz keçib. Runrika.Az xəbər verir ki, ABŞ-da çıxan “Politico” qəzeti bu imtinanın səbəbləri barədə Amerika administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb. Nəşrin qaynaqlarının sözlərinə görə ABŞ prezidentinin köməkçiləri Bydenin çıxışından sonra İran-İsrail münaqişəsinin daha da gərginləşməsindən ehtiyat ediblər. "Bayden İranın zərbəsindən sonra bilərəkdən ictimaiyyət qarşısına çıxmadı", - mənbələr bildiriblər. Belə bir çıxışın təşkili üçün konkret plan olmayıb. Qeyd olunur ki, bu ideya həyata keçirilsəydi, vəziyyət daha da gərginləşərdi.. İranın İsrailə hücumu Təl-Əvivin Suriyada İran konsulluğunu vurmasına cavab olub. Hadisədən dərhal sonra Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb və onu İranın raket hücumuna cavabı gecikdirməyə inandırıb. Rubrika.az Geri qayıt |