Əsas Səhifə > Dünya > Amerika Putini prezident kimi tanıyır, amma bir şərtlə...
Amerika Putini prezident kimi tanıyır, amma bir şərtlə...7-05-2024, 15:23 |
|
Mayın 7-də ABŞ nümayəndələri Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəklər, lakin Vaşinqton Putini Rusiyanın prezidenti kimi tanıyır. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mayın 6-da bildirib. "Xeyr, onun andiçmə mərasimində bizim nümayəndəmiz olmayacaq", - Miller mətbuat brifinqində jurnalistə cavab verib. ABŞ-nin Putini Rusiyanın qanuni dövlət başçısı kimi tanıyıb-tanımaması ilə bağlı suala Miller deyib ki, Vaşinqton “əlbəttə ki, bu seçkiləri azad və ədalətli hesab etmir, lakin o (Putin), Rusiyanın prezidentidir və bu vəzifəni davam etdirmək niyyətindədir”. *** ABŞ Putini Rusiya Federasiyasının prezidenti kimi tanıyıb. Rubrka.Az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb. Rubrka.Az Geri qayıt |