Əsas Səhifə > Dünya > "Seçkilərdə qalib gəlsəm, ABŞ tarixində ən böyük deportasiya başlayacaq" -Tramp

"Seçkilərdə qalib gəlsəm, ABŞ tarixində ən böyük deportasiya başlayacaq" -Tramp


13-05-2024, 11:48
"Seçkilərdə qalib gəlsəm, ABŞ tarixində ən böyük deportasiya başlayacaq" -Tramp

Qarşıdan gələn prezident seçkilərində qalib gələrəmsə, ilk olaraq ölkənin cənub sərhədini bağlayacağam və Meksikadan gələn miqrant axınını dayandıracağam.

Bu barədə ABŞ-ın keçmiş lideri Donald Tramp Nyu-Cersidə keçirilən mitinqdə bildirib.
“Yeni administrasiyamın ilk günündə bu işğala son qoyaraq cənub sərhədini bağlayacağam”, - deyə o vurğulayıb.
Siyasətçi, həmçinin ABŞ Prezidenti Cozef Baydenin “müttəfiqləri” adlandırdığı qeyri-qanuni mühacirləri evlərinə - aid olduqları yerə göndərəcəyini vəd edib.
Respublikaçıya görə, Ağ evə qayıtdıqdan sonra Birləşmiş Ştatlar Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacaq.

RUBRIKA.AZ
Geri qayıt