Əsas Səhifə > Dünya > Putin güc blokunda bunları etdi! Əsas təyinatlar və yerdəyişmələrin özəti

Putin güc blokunda bunları etdi! Əsas təyinatlar və yerdəyişmələrin özəti


13-05-2024, 19:33
Putin güc blokunda bunları etdi! Əsas təyinatlar və yerdəyişmələrin özəti

RUBRIKA.AZ musavat.com-a istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bazar günü yeni hökumətin güc strukturlarının (güc blokunun) sxemini, yeni təyinatları və yerdəyişmələri elan edib.

Bunlar aşağıdakılardır:

▪️Putin əvvəlki hökumətdə Andrey Belousovu Rusiyanın müdafiə naziri təyin etməyi təklif edib. Bundan əvvəl Belousov baş nazirin birinci müavini olub.

▪️Müdafiə Naziri Şoyqu, Təhlükəsizlik Şurasının katibi təyin edilib. Peskovun da dediyi kimi, o hım də FSVTS-nin işinə nəzarət edəcək və hərbi-sənaye kompleksi üzrə komissiyada prezidentin müavini olacaq;

▪️Kremldə Müdafiə Nazirliyindəki kadr dəyişikliyinə izahat veriblər: "Putini bu vəzifəyə mülki şəxs təyin edilməsini zəruri hesab edib". Qeyd olunub ki, “MN yeniliklərə və qabaqcıl ideyalara açıq olmalıdır”.

▪️Bundan əlavə, Peskov qeyd edib ki, güc blokunun iqtisadiyyatını ölkə iqtisadiyyatına uyğunlaşdırmaq çox vacibdir.

▪️Patruşev Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.

▪️Baş Qərargah rəisi Valeri Gerasimov öz vəzifəsində fəaliyyətini davam etdirəcək.

▪️Digər hüquq-mühafizə orqanlarının - Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, FSB və Rusiya Milli Qvardiyasının rəhbərləri Federasiya Şurasının razılığı ilə öz vəzifələrini saxlayacaqlar.

RUBRIKA.AZ
Geri qayıt