Əsas Səhifə > Dünya > Gürcüstan parlamenti etirazlara səbəb olan qanun layihəsini qəbul etdi - Tbilisidə vəziyyət gərginləşdi
Gürcüstan parlamenti etirazlara səbəb olan qanun layihəsini qəbul etdi - Tbilisidə vəziyyət gərginləşdi14-05-2024, 21:46 |
![]() Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qərar etirazlar fonunda qəbul olunub. 84 deputat qərarın lehinə, 30-u isə əleyhinə səs verib. Qanun layihəsinin üçüncü və sonuncu oxunuşda qəbul olunmasından sonra Tbilisidə gərginlik artıb. Parlament binasının qarşısında toplaşan etirazçılar qərara etiraz ediblər. Hazırda əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşı cəlb edilib. Binanın ətrafında toplaşan etirazçılar rəngli tüstüdən istifadə edirlər.(APA) Rubrika.Az Geri qayıt |