Əsas Səhifə > Dünya > 16 qadın əfsanəvi sehrbazı cinsi təcavüzdə ittiham etdi - "The Guardian"

16 qadın əfsanəvi sehrbazı cinsi təcavüzdə ittiham etdi - "The Guardian"


16-05-2024, 19:37
16 qadın əfsanəvi sehrbazı cinsi təcavüzdə ittiham etdi - "The Guardian"

Ümumilikdə 16 qadın dünya şöhrətli amerikalı illüziyaçı Devid Kopperfildi cinsi qısnama və qeyri-münasib davranışda ittiham edib. Bununla belə, qurbanların yarısından çoxu həmin vaxt 18 yaşdan kiçik olduqlarını bildirib. Ən azı üç qadın illüzionistin onlarla cinsi əlaqəyə girməzdən əvvəl onlara narkotik verdiyini iddia edir.

Rubrika.Az xəbər verir ki, bu barədə "The Guardian” yazır.

Sözügedən hadisələr 1980-ci illərin sonu ilə 2014-cü il arasında baş verib. 67 yaşlı Kopperfildin vəkilləri iddia edirlər ki, bu iddialar "nəinki tamamilə yalan, həm də tamamilə ağlasığmazdır”.

Qadınlardan biri Britni Lyuis hələ 2018-ci ildə sənətçini 1988-ci ildə 17 yaşı olanda və model kimi işləyəndə Kopperfildin ona narkotik maddə içizdirərək təcavüz etdiyini açıq şəkildə ittiham edib. İllüziyaçı ittihamları rədd edib. Bir neçə qadın iddia edir ki, Kopperfild tamaşalar zamanı, məsələn, səhnəyə qadın tamaşaçıları çağırdığı zaman onlara nalayiq şəkildə toxunub.

Rubrika.Az
Geri qayıt