Əsas Səhifə > Təhsil > "Nərgiz" azyaşlılarla belə vidalaşdı
"Nərgiz" azyaşlılarla belə vidalaşdı29-05-2024, 11:36 |
|
Naxçıvan şəhər 1 nömrəli hərbi şəhərcikdə yerləşən "Nərgiz" uşaq bağçasında 5 yaşlılarla vida tədbiri keçirilib. Tədbirin təşkilatçısı bağçanın müəllimi Elnarə Baxışova olub. Bağça rəhbərliyi və eləcə də müəllim azyaşlılara yeni həyata - orta məktəbə qədəm qoyduqlarına görə uğurlar arzulayıblar. Müəllimin hazırladığı ssenari əsasında tədbirin olduqca rəngarəng keçdiyi bildirilir. Belə ki, tədbirdə müxtəlif musiqilər səsləndirilib və rəqslər oynanılıb, çıxışlar edilib. Ana haqqında rəqs, vals və müxtəlif millətlərin rəqs növlərinə aid nümunələr də tədbirin ssenarisinə daxil edilib. Tədbirdə azyaşlıların valideynləri də iştirak ediblər. Rubrika.az Geri qayıt |