Əsas Səhifə > Manşet > QALİB SƏRKƏRDƏNİN ƏSGƏRİ...
QALİB SƏRKƏRDƏNİN ƏSGƏRİ...31-05-2024, 14:30 |
|
2018-ci ildən sonra Azərbaycan iqtidarı idarəetmədə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. İlham Əliyevin əslində “ağ inqilab” adlandırıla biləcək islahatları cəmiyyətin uzun illər etalon kimi qəbul etdiyi stereotipləri alt-üst etdi. Öz fəaliyyətləri ( əslində fəaliyyətsizlikləri) ilə hakimiyyət komandasının imicinə zərbə vuran bir sıra odioz məmurlarla yolların ayrılması zamanı yetişmişdi. Həm də nəyi nə zaman etməyi hamıdan daha yaxşı bilən dövlət başçısı üzərinə düşən tarixi missiyanı reallaşdırmağa hazırlaşırdı. Təbii ki, bunu “kabinet məmurları” ilə həyata keçirmək mümkünsüz idi. İllərlə məhz bu dönəm üçün hazırlanan, tarixi missiyanın gerçəkləşməsi üçün yetişdirilən komanda görəvləndirildi. Azərbaycanın zəfər tarixi yazılırdı...Bu tarixi yazacaq gənclər məhz İlham Əliyevin hakimiyyəti dövründə yetişmişdi və öz zamanlarını gözləyirdi.
Anar Ələkbərov iqtidar komandasında bütün çalarları ilə yeni dövrün ən parlaq simalarından biridir. Hələ H.Əliyev Fondunda çalışdığı zamandan parlaq karyerası ilə fərqlənən, uğurlu kadr olduğunu sübut edən Anar Ələkbərov cəmiyyətdə müsbət imic formalaşdırmış, bəzi məmur övladlarından fərqli olaraq nəinki atasının reputasiyasını zədələmiş, əksinə istedadı və təşəbbüskarlığı ilə özünü təsdiq etmişdi. Cəmiyyətdə formalaşmış ənənəvi məmur obrazını alt-üst edən Anar Ələkbərov yeniliyin, innovativliyin, təvazökarlığın və səmimiyyətin simvoluna çevrilib. İctimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, ziyalılarla keçirdiyi görüşlərdə sərgilədiyi yüksək intellekt onun nə qədər doğru seçim olduğunun göstəricisidir. Onun Vətən müharibəsi dövründə və sonrakı mərhələdə sərgilədiyi məmur obrazı vətənpərvərliyin və milli ruhun təntənəsinə çevrildi. Müharibənin ən gərgin məqamlarında o prezidentin köməkçisi kimi hadisələrin tam mərkəzində idi. Təsadüfi deyil ki, A.Ələkbərov həmin məqamlarda xalqla təmas qura biləcək və buna görəvləndirilən azsaylı məmurlardan biri idi. Çünki publika onu sıradan bir məmur kimi yox, məhz Prezidentin köməkçisi kimi qəbul etməliydi. Xalq-dövlət münasibətlərinin ən həssas məqamında və milli həmrəyliyin zirvəsində Anar Ələkbərov bunu bacardı. Köməkçi kimi Anar Ələkbərov həm də Prezidentin informasiya mənbələrindən biridir. Dövlət başçısının cəmiyyətə verdiyi mesajlarda onun bütün məsələlərdən ən incə məqamlara qədər məlumatlı olduğunu hamı görür. Bu həm də sədaqətli bir komandanın-eləcə də Anar Ələkbərovun uğurudur. O bu sədaqəti bütün fəaliyyəti dövründə sərgiləyib-birinci vitse-prezidentlə işləyəndə də, birinci şəxsin köməkçisi olanda da. Bu gün onu işğaldan azad olunan ərazilərdə görülən bərpa-quruculuq işlərinin mərkəzində görürük. Çünki Anar Ələkbərov tapşırılan işin ən məsuliyyətli icraçısı olduğunu dəfələrlə sübut edib. Gördüyü işlərlə və gərgin iş qrafiki ilə o sözün həqiqi mənasında cənab Prezidentin köməkçisidir! Bu tarixi dönəmdə Müzəffər Ali Baş Komandanın yanında yer almaq və köməkçisi olmaq böyük xoşbəxtlikdir. A.Ələkbərov bunu haqq edən, qazanan və buna layiq olan şəxsdir ! O Heydər Əliyev Fondunda həm də Ulu Öndərin siyasi kursunu öyrənib, Mehriban xanımın yüksək idarəçilik məktəbini keçib. Məhz bu xüsusiyyətlər hazırda onu İlham Əliyev komandasının əsas simalarından biri edib. Tarixi günlər yaşayırıq. Böyük qələbəmiz xalqımızı bir daha dünya birliyində layiq olduğu yerə yüksəltdi. Belə bir dövrdə qalib sərkərdənin əsgəri olmaq böyük şərəfdir. Anar Ələkbərov xalqının layiqli övladı kimi öz tarixi missiyasını uğurla həyata keçirir, gördüyü işlərlə həm də zəfər tariximizə öz imzasını atır. Tarixin verdiyi şansı hər kəs dəyərləndirə bilmir. Anar müəllim bu şansı uğura çevirərək dövlətə, xalqa şərəfli xidmətin səlnaməsini yaradır. Bunun ən böyük mükafatı isə göstərilən yüksək etimad və xalqın sevgisidir ! Elə insanlar var ki, onların uğuru həm də dövlətin uğurudur. Anar Ələkbərov hamımızın böyük uğurudur-fəaliyyəti və keçdiyi şərəfli ömür yolu ilə. Uğurlarımız bol olsun, uğurlu insan ! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |