Əsas Səhifə > Dünya > Həmkarları Baydenin vəziyyətindən narahatdırlar: Pisə doğru gedir
Həmkarları Baydenin vəziyyətindən narahatdırlar: Pisə doğru gedir5-06-2024, 15:36 |
![]() ABŞ Prezidenti Co Baydenin bağlı qapılar arxasında vəziyyəti dəyişkəndir və pisləşmə əlamətləri müşahidə olunur. Rubrika.az bildiirr ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat verib. Məsələ burasındadır ki, o, bəzən təfərrüatdan xəbərsiz olduğunu nümayiş etdirir və anlaşılmaz açıqlamalar verir, bəzən də özünü enerjili aparır. Nəşrin müəlliflərinin fikrincə, son bir il ərzində hmkarlarının Baydenin peşəkarlığı ilə bağlı fikirləri xeyli mənfiyə doğru dəyişib. "Daha əvvəl Kevin Makkarti və digər iki siyasətçi bildiriblər ki, ötən il Nümayəndələr Palatasının respublikaçıları ilə danışıqları zamanı Baydenin davranışı və təfərrüat haqqında məlumatlılığı gündən-günə dəyişib. O, bəzən respublikaçılarla spontan söhbətlər edib, bəzən nəsə mızıldanıb və qeydlərə arxalanıb", - deyə nəşr qeyd edib. Rubrika.az Geri qayıt |