Əsas Səhifə > Cəmiyyət > Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə niyə təxirə salınıb?
Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə niyə təxirə salınıb?13-06-2024, 09:29 |
|
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovun adı hallan torpaq qalmaqalı ilə bağlı növbəti məhkəmə prosesi baş tutmayıb. Rubrika.Az-in qaynarinfo-ya istinadla əldə etdiyi məlumata görə, prosesin baş tutmaması hakimlərin işə çıxmaması ilə bağlı olub. Bu baxımdan, iclas iyunun 24-nə təxirə salınıb. Məlumat üçün deyək ki, iş hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini iddiaçı Nazim Əmirov verib. Onun şikayətinə hakim Fuad Məmmədovun sədrliyi ilə baxılır. Nazim Əmirov ehtiyatda olan polkovnik-leytenantdır. Polkovnik-leytenantın iddiasına görə, Abel Məhərrəmov ona məxsus torpaq sahəsini ələ keçirib. Nazim Əmirov iddia etdiyi ərazi keçmiş rektorun xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirildiyi üçün polkovnik-leytenant onu da məhkəməyə verib. Birinci instansiya məhkəməsi Nazim Əmirovun iddiasını təmin etməyib. Bu baxımdan, o, apellyasiya şikayəti verib. Rubrika.Az Geri qayıt |