Əsas Səhifə > Dünya > “HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar“ - İsrail ordusunun sözçüsü
“HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar“ - İsrail ordusunun sözçüsü20-06-2024, 16:51 |
![]() İsrail ordusunun sözçüsü Hagarinin HƏMAS-la bağlı etirafı rəsmi Təl-Əvivdə etirazlara səbəb olub. “Kanal 13” televiziya kanalına müsahibə verən İsrail ordusunun sözçüsü Daniel Hagari İsrailin baş naziri Benyamin Netanyahunun müdafiə etdiyi “Həması aradan qaldırmaq hədəfi”nə qarşı çıxıb. "HƏMAS-ı məhv etmək fikri xalqın gözünə qum tökmək kimi bir şeydir. HƏMAS bir ideyadır, siyasi partiyadır. İnsanların qəlbində kök salıb. HƏMAS-ı yox edə biləcəyimizi düşünənlər yanılırlar" – deyə Hagari bildirib. HƏMAS-ın yerinə başqa bir şeyin inkişaf etdirilməsinin lazım olduğunu müdafiə edən ordu rəsmisinə sərt reaksiya verən baş nazir Benyamin Netanyahu isə HƏMAS-ı hərbi və inzibati cəhətdən məhv etmək lazım olduğunu və İsrail ordusunun bunu etməyə borclu olduğunu deyib.(APA) RUBRİKA.AZ Geri qayıt |