Əsas Səhifə > İdman > AVRO-2024: Patrik Şik Türkiyə ilə oyunu buraxacaq
AVRO-2024: Patrik Şik Türkiyə ilə oyunu buraxacaq25-06-2024, 11:33 |
![]() Çexiya millisinin futbolçusu Patrik Şik Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyununda meydana çıxa bilməyəcək. 28 yaşlı hücumçu zədə səbəbindən Türkiyə ilə qarşılaşmanı buraxmalı olacaq. Gürcüstanla keçirilən matçda (1:1) komandasının yeganə qoluna imza atan "Bayer 04"ün forvardı həmin görüşdə zədə alıb. Qeyd edək ki, Çexiya - Türkiyə oyunu iyunun 26-sı, saat 23:00-da start götürəcək. RUBRİKA.AZ Geri qayıt |